"MİLLİ ŞURA RAZILAŞDIRILMAMIŞ MİTİNQ KEÇİRƏ BİLƏR"

"MİLLİ ŞURA RAZILAŞDIRILMAMIŞ MİTİNQ KEÇİRƏ BİLƏR"

Namizəd Səfərov: “Hakimiyyət orqanlarının mitinq keçirməklə bağlı müraciəti hər dəfə rədd etmək hüququ yoxdur”

Artıq necənci dəfədir ki, Bakır Şəhər İcra Hakimiyyətinin mitinqlə bağlı müraciətinə rədd cavabı verməsinə rəğmən, Milli Şura yenidən aprelin 20-də aksiya keçirmək qərarına gəlib. Bunun üçün yenidən sözügedən icra orqanına müraciət edib. Amma bu dəfə də mitinqə icazə verilməsi real görünmür. Maraqlıdır ki, belə olan halda təkrar-təkrar Bakı Şəhər icra Hakimiyyətinə müraciət etməyin bir əhəmiyyəti qalırmı?

“Ən azı 20 min nəfər “Məhsul” stadionunu dolduracaq”

“Biz ardıcıl olaraq mitinqlərin keçirilməsində israrlıyıq” - NAMİZƏD SƏFƏROV

Milli Şura üzvü, hüquqşünas Namizəd Səfərov “Hürriyyət”ə dedi ki, Milli Şuranın qərarı ilə şənbə günü yenidən ümumxalq etiraz mitinqi keçirmək nəzərdə tutulur: “Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məlumat verilib. Güman edirik ki, bu dəfə Bakı Şəhər İcra Hakimiyyəti mitniqin keçirilməsinə etiraz etməyəcək, yəni rədd cavabı verməyəcək. Çünki son zamanlar dalbadal edilən müraciətlərə Bakı Şəhər İcra Hakimiyyəti etirazını bildirib, mitinqin keçirilməsinin məqsədəmüvafiq olmadığına dair cavab verib. Biz də süni qarşıdurmaya getməkdən çəkinərək, mitinqin keçirilməsini təxirə salmışıq və sonuncu dəfə artıq biz aprelin 20-də “Məhsul” stadionunda saat 15-də mitinq keçirməyi qərarlaşdırmışıq. Güman edirəm ki, əhali bu gün ölkədə baş verənlərə etiraz mitinqinə toplaşacaq və ən azı 20 min nəfər “Məhsul” stadionunu dolduracaq”.

“Rəhbər vəzifə daşıyan nazirlər, icra strukturları, vətəndaşların problemlərini araşdırmır, baxmır”

N. Səfərovun sözlərinə görə, hazırda ölkədə elə qeyri-adi hadisələr baş verir ki, indiyə kimi günədlikdə olan məsələlər də az qalır ikinci plana keçsin: “Əvvəl olduğu kimi, yenə də ölkədə də dövlət əmlakının, vəsaitinin oğurlanması, talanması əvvəlkindən də daha yüksək templə davam etdirilir. Ölkədə idarəçilik başlı başına buraxılıb, vətəndaşların ərizələrinə, şikayətlərinə, tələblərinə baxan yoxdur. Hər gün Prezident Aparatı qarşısında onlarla müxtəlif qruplar bu və ya digər başqa məsələlərlə bağlı etirazlarını bildirirlər. Lakin heç buna qulaq asan yoxdur. Elə bil ölkədə idarəçilik başlı-başına buraxılıb, idarəçiliklə məşğul olan yoxdur. Rəhbər vəzifə daşıyan nazirlər, icra strukturları, vətəndaşların problemlərini araşdırmır, baxmır. Bütün bunlara etiraz etmək üçün 20 apreldə yenə də mitinq keçirməyi qərarlaşdırmışıq. Onsuz da meydana daxil olmamışdan əvvəl polis işçiləri şüarları da cırıb, dağıdırlar. Ancaq hər bir halda, bu gün də talana son qoyulması gündəmdədir, Gəncədə baş vermiş hadisələr, Tərtər işi il bağlı ağılabatmayan istintaq orqanları tərəfindən insanların qətlə yetirilməsi ilə bağlı məsələlər ortaya çıxıb, bütün bu məsələləri biz mitnqdə qabartmaq fikrindəyik”.

“Vətəndaşlar öz hüquqlarının həyata keçirilməsində israrlı olmalıdır”

N. Səfərov diqqətə çatdırdı ki, hər həftənin üçüncü günü Milli Şuranın Kordinasiya Mərkəzinin yığıncağı keçirilir: “Həmin gün şənbə gününə təyin olunmuş mitinqin cavabı Bakı Şəhər İcra Hakimiyyətindən bizə daxil olur və biz yerindəcə müraciətimizə cavabla bağlı operativ qərar qəbul edirik. Ən geci bu gün (dünən – red.) günün ikinci yarısında, yəni mitinq təyin olunmasına 3 gün qalmış Bakı Şəhər İcra Hakimiyyəti bizə məlumat verməlidir və orada da bu cavabdan asılı olaraq biz konkret qərar qəbul edəcəyik. Razılaşdırılmamış mitinq də mümkündür. Çünki artıq ölkədə sərbəst toplaşma azadlığının məhdudlaşdırılması prosesi gedir. Axırıncı dəfə yanvarın 19-da mtinqdən sonra nə bizə, nə də digər təşkilatlara mitinq keçirilməsinə razılıq verilməyib. Bu da sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasının ən bariz nümunəsidir. Mən hesab edirəm ki, vətəndaşlar öz hüquqlarının həyata keçirilməsində israrlı olmalıdır. Hakimiyyət orqanlarının mtinq keçirməklə bağlı müraciəti hər dəfə rədd etməyə hüququ yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsində, Avropa Şurasında da Azərvbaycanda vətədaşların sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına dair bəyanatlarda dəfərələ bu barədə xatırladılıb. Hakimiyyət tərəfindən bu məsələnin üstündən sükutla keçilməsinə, görməməzliyə yol verilir ki, bu da davam edir. Hər halda, biz bu barədə son qərarımızı qəbul edəcəyik”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA