"Müsəlman lider" Adnan Oktara xarici ölkələrdən dəstək gəldi: DÜNƏN İSRAİL, BU GÜN...

  • 2018-07-12 15:22:32
  • |
  • Region /

"Müsəlman lider" Adnan Oktara xarici ölkələrdən dəstək gəldi: DÜNƏN İSRAİL, BU GÜN...

Türkiyədə din xadimi kimi tanınan Adnan Oktar və onun təşkilatına qarşı aparılan istintaq əməliyyatları bir çox ölkələrin diqqətini çəkib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, İsrail, Yunanıstan və Misir mətbuatı hadisəni manşetlərinə daşıyıb və təşkilata təriflər yağdırb.

Cinsi təcavüz, fırıldaqçılıq, çirkli pulların yuyulması, siyasi casusluq, azyaşlı uşaqların qaçırılması və cinsi istismarı kimi bir çox cinayətlərdə ittiham edilən Adnan Oktarın xəbərləri yunan mətbuatında “müsəlman yazar həbs edildi” başlığı ilə verilib. Xəbərdə Ərdoğan hökumətinin bütün yazar və akademikləri həbsə atması təəssüratı yaradılıb.

Dünən İsrail mətbuatında isə Adnan Oktardan “müsəlman lider”, “İslam cəmiyyətinin lideri” kimi bəhs edilib.

Loading...

QALEREYA