"Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir" - QUBAD İBADOĞLU

"Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir" - QUBAD İBADOĞLU

“Dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir. Çünki bundan böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq, hamımızı xəcalətli edəcək”.

Hurriyyet.org xəbər verir ki, bu barədə ADR sədri, iqtisadçı ekspert Qubad İbadoğlu Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı hesabatı dəyərləndirərəkən deyib. Ekspert bildirir ki, Korrupsiyaya dair hesabata görə əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə və eyni balla 152-156-cı yerləri bölüşdürür:

“Bu o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və dünyada korrupsiyanın artım sürətinə görə “çempion” olub. Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Qazaxıstanı və Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan Rusiyanı və İranı 14 pillə, Nigeriyanı isə 8, Uqandanı isə 3 pillə qabaqlayıb. Bu sürət davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı və Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya da çata, Somalinin əlindən “birinciliyi” də ala bilər”.

Q.İbdaoğlu hesab edir ki, Azərbaycanda baş verənlər hətta adını çəkdiyi ölkələrdə baş versəydi, hökümət istefaya gedərdi. Ekspert dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabinetinin ya özünü buraxmalı,ya da istefaya göndərilməli olduğunu vurğulayıb:

“Çünki korrupsiya ilə mübarizə milli təhlükəsizlyin təminatı qədər önəmlidir, korrupsiya nərdivannda bir ildə ən azı 30 pillə qalxmaqdan böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq və hamımızı xəcalətli edəcək”.
“Məhz korrupsiya görə, azad biznes və kapital ölkədən qaçır, ölkə əhalisi aclıq və səfalət içində yaşayır, gündəlik dolanışıq həsrəti ilə iş axtarır, işləmək istəyən gənclər korrupsioner məmurlara məxsus olan şirkətlərə sadəlövhcəsinə CV göndərir, korrupsiyalaşmış dövlət orqanlarında test imtahanına girir və müsabiqələrdən üzüqara geri qayıdır, gələcəyimiz olan uşaqlar ödəniş ucbatından vaxtında tibbi müayinədən keçə və normal müalicə ala bilmir, orta məktəblərdə oxuyan övladlar pis tədris ucbatından günün çox hissəsini hazırlıq kurslarında keçirir, ahıl ata-anaların aldığı pensiya onların dərman və minimum ərzaq tələbatını ödəmir, ölkə sürətlə uçuruma yuvarlanır. Görün, vəziyyət hansı həddə çatıb ki, Azərbaycan 1 il ərzində 30 ən çox korrupsiyalaşmış dövlətləri, ümumilikdə isə 152 dövləti geridə qoyur”-deyə ADR sədri vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA