"Neçəsindən imtina etdim, axırda birinə "ilişdim"" - Rasim Balayev

"Neçəsindən imtina etdim, axırda birinə "ilişdim"" - Rasim Balayev

Xalq artisti Rasim Balayev çəkiliş meydançasında soyuqlayıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə ölkə.az-a sənətkar özü danışıb:

"Bu yaxınlarda möhkəm soyuqlamışdım, beş gün evdə müalicə olundum, xeyri olmadı. Həkim iynə vurandan sonra düzəldim. Neçə ildən sonra bir film təklifini qəbul etdim. Həmin çəkilişdə hiss etdim ki, titrədirəm. Çəkiliş açıq məkanda idi. Gecə ikidə nazik kostyumda çəkildim. Gördüm ki, ondan sonra vəziyyətim pisləşir. Yenicə düzəlmək istəyirdim, bir də xəstələndim. Hiss edirəm ki, immunitetim zəifləyir. Havalar da dəyişkəndir deyə adam bilmir nə etsin".

Xalq artisti bildirib ki, bundan öncə iyirmiyə yaxın filmdən imtina edib:

"Neçə ildir 15-20 filmdən imtina etdim, axırda birinə "ilişdim". O da belə oldu".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA