"Netflix"dən Türkiyəyə qarşı qara piar kompaniyası davam edir - "Türklər barbardır"

"Netflix"dən Türkiyəyə qarşı qara piar kompaniyası davam edir - "Türklər barbardır"

Yayımladığı filmlərdə tez-tez Türkiyəni hədəf alan "Netflix" platforması bu dəfə də Türkiyəyə qarşı nifrətini göstərib.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən məlumat verir.

Qeyd edək ki, "Netflix" daha əvvəllər də nümayiş etdirdiyi bir neçə filmdə Türkiyəyə qarşı açıq şəkildə nifrət göstərən səhnələrə yer verib.

"Netflix" adlı paltformanın yaydığı Belçika istehsalı olan "13 Commandments" adlı serialın ilk bölümündə Atatürk və Ərdoğanın şəkillərindən istifadə edərək türkləri barbar və qatil kimi göstərməyə çalışıblar.

"13 Commandments" adlı film bir türkün boğaz kəsərək cinayət işləməsi ilə başlayır.

Filmdə qatilin türk olduğunu vurğulamaq üçün divara asılmış Atatürk və Ərdoğanın şəkillərindən istifadə olunub.

Daha əvvəl isə "Collateral" adlı serialda "Kırıkkale dünyanın ən bərbad yeridir və nə yaxşı ki, dünyaya türk olaraq gəlməmişəm" sözlərinə yer verilmişdi.