"Olimpiya komplekslərində pullu xidmət təklif edilərsə..."

"Olimpiya komplekslərində pullu xidmət təklif edilərsə..."

Azərbaycanda bütün Olimpiya komplekslərində olimpiya idman növləri üzrə bütün seksiyalar pulsuz xidmət göstərir.

Hurriyyet.org xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, istənilən vətəndaş həmin komplekslərə müraciət edərək heç bir ödəniş etmədən idmanla məşğul ola bilər.

A.Rəhimov qeyd edib ki, əgər hansısa vətəndaşa pullu xidmət təklif edilərsə, dərhal nazirliyə məlumat versin.

Bununla belə, nazir vurğulayıb ki, bəzi idman növləri üzrə abunə haqqı tələb oluna bilər.

Onun sözlərinə görə, üzgüçülük üçün suyun təmiz saxlanılması vəsait tələb edən məsələdir: "Bu baxmdan su hovuzlarından abunəlik haqqı tələb oluna bilər. Həmçinin, şərq idman növləri üçün zallar, mini-futbol meydançası müəyyən aşağı ödəniş tələb olunmaqla icarəyə verilə bilər"./Trend/

Loading...

QALEREYA