"Paşinyan iqtidarı danışıqlarda maraqlı deyil" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Paşinyan iqtidarı danışıqlarda maraqlı deyil" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Bundan sonra münaqişəni güc müstəvisi həllinə keçirmək lazımdır ki..."

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti dəfə görüşü gözlənilir. Bu görüşdə münaqişənin həlli ilə bağlı müsbət irəliləyiş olmayacaq". Hurriyyet.org-un məlumatına görə, belə bir açıqlama ilə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Onun sözlərinə görə, bu, sadəcə görüş xatirinə bir imitasiyadır: "Yaxşı olardı ki, Azərbaycan xarici işlər naziri girovların dəyişdirilməsi istiqamətdə danışıqlar aparsın və həmsədrləri də bu prosesə cəlb etsin. Əgər girovların "hamının-hamıya" prinsipi ilə dəyişilməsinə Ermənistan razılaşmasa, demək ümumiyyətlə onlarla diplomatik danışıqlar üçün heç bir əsas qalmayacaq. Bundan sonra münaqişəni güc müstəvisi həllinə keçirmək lazımdır ki, İrəvan məcbur qalıb danışıqlar masasında otursun".

Hazırda rəsmi Bakının İrəvanla danışıqlara israr etdiyini vurğulayan politoloq hesab edir ki, Paşinyan iqtidarı danışıqlarda maraqlı deyil: "Və Qarabağla bağlı güzəştsiz mövqe ortaya qoyur. Elə bir vəziyyət yaratmalıyıq ki, Ermənistan bizimlə danışıqlar üçün israr etsin".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA