"Problemin həllində Mehriban Əliyevanın böyük rolu oldu" - BAŞ BANKİR

"Problemin həllində Mehriban Əliyevanın böyük rolu oldu" - BAŞ BANKİR

“Hazırda problemli kreditlərlə bağlı məhkəmələrdə 850 min iş var”.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-yə müsahibəsində bildirib.

E.Rüstəmov qeyd edib ki, ümumilikdə işlərin hamısı vətəndaşlara aid deyil:

“Məhkəmə işlərinin yarısından çoxu məhz fiziki şəxslərin problemli kreditlərilə bağlıdır. Məsələnin miqyası həddindən böyükdür. Məhz onun həllində I Vitse-Prezident Mehriban Əliyevanın böyük rolu oldu”.

Baş bankir bildirib ki, İlham Əliyev problemə yanaşmanın xüsusi prinsipləri müəyyənləşdirib:

“Ölkə başçısının problemin həllindən gözləntiləri bizim işimizi çox asanlaşdırdı. Bu işin çox ciddi kollegial müzakirəsi aparıldı. Vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, onun köməkçisi Əli Əsədov iştirak edirdi. Çox geniş çevrədə dinamik şəkildə təşkil olunan müzakirələrin nəticəsi də göründü”./Modern/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA