"Qarabağ məsələsində sona qədər Azərbaycanın yanında olacağıq" - Türkiyə parlamentinin sədri

 "Qarabağ məsələsində sona qədər Azərbaycanın yanında olacağıq" - Türkiyə parlamentinin sədri

"Türkiyə Dağlıq Qarabağ məsələsində sona qədər Azərbaycanın yanında olacaq".

Hurriyyet.org xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

"Dağlıq Qarabağ münaqişəsi məsələsi həmişə danışıqlarımızın gündəliyindədir. Bu, Azərbaycana qarşı dəhşətli ədalətsizlik, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu məsələdə sona qədər Azərbaycanın yanında olacağıq", - o deyib.

M.Şentop həmçinin ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: "Türkiyə ilə Azərbaycan arasında çox güclü qardaşlıq əlaqələri var. Dünyada başqa belə nümunə yoxdur".

Qeyd edək ki, bu, M.Şentopun TBMM-in sədri vəzifəsinə təyin edilməsindən sonra xaricə ilk səfəridir./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA