"Qarabağ" - "Partizani" oyununun hakimləri açıqlandı

  • 2019-07-15 12:07:00
  • |
  • İdman /

"Qarabağ" - "Partizani" oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Partizani" (Albaniya) matçının hakimləri açıqlanıb.

Hurriyyet.org-un məlumatına görə, görüşü Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Əsas hakim Dumitru Munteandır. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Partizani" oyunu iyulun 17-də "Dalğa Arena"da keçiriləcək. Komandalar arasında Albaniyada oynanılan görüşdə qol vurulmayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz