"Qarabağ"da özümü xoşbəxt hiss edirəm" - Zubir

"Qarabağ"da özümü xoşbəxt hiss edirəm" - Zubir

"Gözlədiyim kimi asan oyun olmadı. Rəqib bizi arxa xəttdə qarşıladı. İlk qoldan sonra daha çox boşluqlar tapdıq və öz oyunumuzu sərgiləməyə başladıq".

Hurriyyet.org xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqanın 2-ci turunda "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra söyləyib.

27 yaşlı yarımmüdafiəçi Fransanın "Genqam" klubunun onunla maraqlanması xəbərlərinə də münasibət bildirib: "Mən "Qarabağ"ın futboluçusuyam. Bu klubla müqaviləm var. Məni satmaq istəmirlərsə, bu, klubun öz işidir. Danışmağım düzgün olmaz. "Qarabağ"da özümü xoşbəxt hiss edirəm".

A.Zubir Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə cavab görüşü haqda danışıb: "Rəqib sadə komanda deyil. İlk matçda bizim və rəqibin çoxlu qol epizodları oldu. Hesab 1:3 olsaydı, daha çətin olardı. Cavab qarşılaşmasında özümüzə inanırıq".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA