"Qarabağ"ın Avroliqa oyunları "Tofiq Bəhramov"da!

  • 2019-08-30 13:43:06
  • |
  • İdman /

"Qarabağ"ın Avroliqa oyunları "Tofiq Bəhramov"da!

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.aza açıqlamasında komandanın Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağını bildirib. Ağdam təmsilçisi qrup matçları üçün UEFA-ya bu arenanı sifariş edib.
Xatırladaq ki, "Qarabağ" bundan əvvəl iki il avrokubokların qrupunda ev oyunlarını Olimpiya stadionunda keçirmişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA