"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Hurriyyet.org xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı yenə son ölkə çempionu “Qarabağ” təmsil edəcək. Ağdam klubu mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.

Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan “Qarabağ”ın 5 potensial rəqibi var idi. Bunlar “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo” (Kutaisi, Gürcüstan) klubları idi. Püşk Ağdam klubunun bəxtinə “Olimpiya”nı çıxarıb.

“Qarabağ” bu rəqibinə qarşı ilk oyununu iyulun 10-11-də səfərdə, cavab matçını isə 17-18-də Bakıda keçirəcək.