"Qarabağ"ın istədiyi daha bir futbolçunun adı və qiyməti açıqlandı

  • 2019-07-22 18:25:01
  • |
  • İdman /

"Qarabağ"ın istədiyi daha bir futbolçunun adı və qiyməti açıqlandı

"Qarabağ"ın transfer siyahısında olan daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.

Hurriyyet.org fanat.az-a istinadən xəbər verir ki, Argentina mətbuatı "Uraqan"ın hücumçusu Lukas Qambanın da "Qarabağ"ın transfer siyahısında olduğunu yazıb.

Qambanın 32 yaşı var. O, 2018/19 mövsümündə Argentina yüksək liqasında 24 oyuna 6 qol vurub. Məlumata görə "Qarabağ" rəsmi şəkildə bu futbolçuya müraciət etməsə də menecerlər vasitəsilə təmas qurulub. Komanda ÇL-in qrup mərhələsinə vəsiqə qazanacağı halda sözügedən argentinalı transfer edilə bilər.

Lukasın qiyməti də açıqlanıb. Belə ki, "Qarabağ" bu futbolçunu əldə etmək istəsə 2 milyon 100 min dollarından keçməli olacaq.

"Osmanlıspor"dan Maqaye Qeyenin transferindən sonra baş məşqçi Qurban Qurbanov avrokuboklarda qrup mərhələsinə kimi əlavə hücumçu almamaq qərarı verib. Komanda ÇL-də qrupa düşərsə, bu halda transfer siyasətində hansısa yeniliklər ola bilər. Bununla belə, klub qapıçı və orta mövqeyə daha bir yarımüdafiəçi almaq fikrindədi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz