"Real Madrid"in futbolçusu dünya çempionatına qatılmaqdan imtina etdi

  • 2018-05-15 15:56:01
  • |
  • İdman /

"Real Madrid"in futbolçusu dünya çempionatına qatılmaqdan imtina etdi

Portuqaliya milli komandasının və “Sportinq” klubunun futbolçusu Fabio Koentrao Rusiyada keçiriləcək dünya çempionatına qatılmaqdan imtina edib.

Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu məlumatı şəxsi "İnstagram" hesabından paylaşıb.

Müdafiəçi mövsümün gərgin keçdiyini əsas gətirərək DÇ-2018-də oynamayacağını yazıb.

Qeyd edək ki, Fabio Koentrao 2009-cu ildən Portuqaliya yığmasının şərəfini qoruyur. O, müqavilə ilə İspaniyanın "Real Madrid" klubuna məxsusdur və "Sportinq"də icarə əsasında çıxış edir.

Loading...

QALEREYA