"Restoran və şadlıq evlərində işçilər tibbi yoxlamadan keçmir, bu böyük təhlükədir" - Liqa sədri Sahib Məmmədov

"Restoran və şadlıq evlərində işçilər tibbi yoxlamadan keçmir, bu böyük təhlükədir" - Liqa sədri Sahib Məmmədov

"Bizdə küçədə, restoranda, şadlıq evində bir işçi tapın ki, sizə vaxtaşırı tibbi yoxlanışdan keçməsinə dair arayış təqdim etsin.

Həmin işçilər ya tibbi yoxlamalardan keçirilmir, ya da yoxlanışlar formal olur. Sadəcə, poliklinikadan arayış gətirib verirlər. Təbii ki, bu da olduqca təhlükəli tendensiyadır”

Bu sözləri Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.

"Onlar işə qəbul olunarkən tibbi arayışlarını təqdim etməlidirlər ki, ərzaq vasitəsilə ötürülməsi mümkün olan hansısa xəstəliklərinin olmaması dəqiq bilinsin”

Bizdə küçədə, restoranda, şadlıq evində bir işçi tapın ki, sizə vaxtaşırı tibbi yoxlanışdan keçməsinə dair arayış təqdim etsin. Tapa bilərsiz? Tək-tək tapacaqsız. Ən yaxın poliklinikadan 5 manat verib arayış alıb”

Daha ətraflı "Sherg.az”a danışan S.Məmmədov qeyd edib ki, küçə ticarətində bir neçə dövlət orqanı öz sahəsi üzrə cavabdehlik daşıyır:

"Məsələn, sağlamlığa dair arayışlar tələb olunan iş yerləri var. Həmin iş yerlərinin siyahısı Nazirlər Kabineti tərəfindən təşkil olunub və orada işləyənlər mütəmadi olaraq tibbi yoxlamadan keçməlidir. Onların içərisində ərzaq hazırlayan müəssisələr də yer alır. Yəni, ərzaq hazırlayan müəssisələr sırasına həm istehsal, həm də iaşə obyektəri daxil ola bilər. Məsələn, restoranlar, şadlıq evləri və.s. Bilavasitə ərzaq məhsulları ilə təmasda olan şəxslər mütəmadi tibbi yoxlanışdan keçməlidir. Onlar işə qəbul olarkən tibbi arayışlarını təqdim etməlidirlər ki, ərzaq vasitəsilə ötürülməsi mümkün olan hansısa xəstəliklərinin olmaması dəqiq bilinsin. Buna isə işəgötürənlər cavabdehlik daşıyır. Elə iş yerləri var ki, dövlət təsərrüfat obyektləridir. Əlbəttə, bu iş yerlərində tibbi yoxlamalar keçirilir. Lakin həmin yoxlamalar hansı dərəcədə keyfiyyətli olur, bunu deyə bilmərəm”.

 

Liqa sədrinin qənaətincə, özəl sektorlarda elə sexlər var ki, onlar ərzaq hazırlayırlar, bişirilməsini və satışını həyata keçirirlər. Lakin bu işlərlə bağlı tibbi yoxlamanın durumu yaxşı deyil:

"Həmin işçilər ya tibbi yoxlamalardan keçirilmir, ya da yoxlanışlar formal olur. Sadəcə, poliklinikadan arayış gətirib verirlər. Təbii ki, bu da olduqca təhlükəli tendensiyadır.

Ərzaqların, satılan qidaların təhlükəsizliyinə cavabdeh olan qurum isə Qida Təhlükəsziliyi Agentliyidir (QTA). QTA-nın tarladan süfrəyə qədər qidanı izləmək kimi bir prinsipi var. Agentlik qida zəncirinin bütün proseslərinə nəzarəti həyata keçirir. O cümlədən küçələrdə satılan ərzaqların keyfiyyətinə, sanitar-gigiyenik tələblərə uyğunluğuna, satışı həyata keçirən şəxslərin sağlamlığına və.s görə məsuliyyət var.

Digər orqanlarda, məsələn, Dövlət Əmək Müfəttişiliyinin yoxlama səlahiyyətində məhdudiyyət var. Lakin bu məhdudiyyət QTA-ya aid deyil. Onların yoxlama hüquq var. Necə yoxlayırlar bilmirəm, hər halda əhalinin qida təhlükəsizliyi və sağamlığına ciddi yanaşılmalıdır.

Hesab etmirəm ki, ərzaqlar küçədə satılmalı deyil. Dünyanın müxtəlif ölkələrində küçədə ərzaqlar satılır. Amma əsas odur ki, bu satışı həyata keçirərkən bayaqkı qaydalara riayət olunsun. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi, Səhiyyə Nazirliyi, QTA, yerli və şəhər icra hakimiyyəti orqanları arasında bir planlaşdırma olmalıdır. Qida satılan yerlər və işçilər müəyyən olunarkən onlara nəzarət edilməlidir. Amma bu məsələdə vəziyyət o qədər də ürəkaçan deyil”. \\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA