"Robotların üsyanı" bəşəriyyətin məhvi deməkdirmi? - "Mexaniki qullar" canlı "qullar"ı...

"Robotların üsyanı" bəşəriyyətin məhvi deməkdirmi? - "Mexaniki qullar" canlı "qullar"ı...

Robert Skidelski

“Project Syndicate”, 21.02.2019

Dünyadakı araşdırmalar göstərir ki, insanlar təhlükəsiz işlə məşğul olmaq istəyirlər. Eyni zamanda, həmişə ağır işdən uzaq bir həyat arzulayrlar. “Robotların üsyanı” bu impulslar arasındakı gərginliyə diqqət çəkdirib.

Yaxın gələcəkdə avtomatlaşdırma sayəsində iş yerlərinin itirilməsi təxminləri 9%-dən 47%-ə qədərdir və iş yerləri daha qeyri-sabit hala gəlir. Bununla yanaşı, avtomatlaşdırma həm də icbari işlərin əksəriyyətindən azad olunmanı təmin edir və Aristotelin bütün lazımi işlərin bir gün “mexaniki qullar” tərəfindən həyata keçiriləcəyinə dair proqnozları doğrulur, insanları “yaxşı həyat” üçün azad edir.

Köhnə sual yenidən ortaya çıxır: maşınlar insanları təhdid və ya onları azad etmək üçün bir vasitədir?

Prinsipcə, heç bir ziddiyyət olmamalıdır. İnsan əməyinin bir hissəsinin avtomatlaşdırılması, Sənaye İnqilabından bəri baş verdiyi kimi, insanlara daha çox əməkhaqqı əldə etməyə imkan verməlidir.

Maşın artımı sayəsində dünya əhalisi yeddi qat artdığına görə iş saatları azalıb və real gəlirlər yüksəlib. Zəngin ölkələrdə məhsuldarlıq 1831-ci ilə nisbətən 25 dəfə çoxdur. Dünya kifayət qədər zənginləşib, bu sərvətin istehsalında insan əməyinə az ehtiyac duyulub.

Niyə bu zərif proses davam etməməlidir?

İnsanlar həvəskar şahmatçı kimi, yalnız ilk gedişi görür, nəticəni deyil.

Birincisi, müəyyən bir sektorun işçiləri, XIX əsrdə işlərini itirmiş luddit toxucuları kimi, maşınlarla əvəzlənir. Davud Rikardonun ürkütücü ifadəsindəki kimi, onlar “lazımsız” olurlar.

Amma növbəti gerçək nə olacaq?

Paltarın qiyməti düşür, çünki eyni xərclə daha çox istehsal edilə bilər. Beləliklə, insanlar daha çox paltar, eləcə də daha əvvəl ala bilmədikləri digər əşyalar ala bilərlər.

İş yerləri tələbata uyğun yaradılır və məhsuldarlıq artımı davam edərsə, iş saatları da azalacaq.

Bu parlaq ssenaridə işçilərin real (inflyasiya düzəlişli) gəlirlərini artırmaq üçün heç bir həmkarlar ittifaqı, minimal əmək haqqı, əmək mühafizəsi qaydaları və ya yenidən bölüşdürmə sxeminə ehtiyac yoxdur. Artan əməkhaqqı malların dəyərində endirimin avtomatik təsiridir. Artan rəqabətdə ödənişlərə aşağı təzyiq edilmədiyi təqdirdə, texnoloji yeniliklərin avtomatik təsiri həyat səviyyəsini yüksəldir.

Fridrix Hayekin hökumətlərin və ya mərkəzi bankların qiymət səviyyəsinin sabitləşdirilməsinə istiqamətli cəhdlərinə qarşı məşhur iddiasını xatırlayın. İstənilən texnoloji cəhətdən mütərəqqi iqtisadiyyatda, qiymətlər bir neçə bazar istisna olmaqla, düşməlidir.

İstehsalın genişləndirilməsi üçün iş adamlarına aşağı inflyasiya lazım deyil. Yalnız daha çox satış perspektivinə ehtiyac var. Malların “bahalığı” texnoloji ləngimənin əlamətidir.

Amma həvəskar şahmatçının iki sualı var: “Avtomatlaşdırma bircə sahə ilə məhdudlaşmırsa, başqalarına da yayılırsa, məgər daha çox artıq iş yeri yaramır? Bu, əməkhaqqqının azalmasına səbəb olmayacaq?”

İqtisadçı cavab verir: insanlar maşınarla əvəz olunmayacaq, prosesi tamamlayacaqlar. Avtomatlaşdırılmış sistemlər robot şəklində olsun və ya olmasın, insan işinin dəyərini artıra bilməz. İnsan və yaxşı kompüter hələ də şahmatda ən yaxşı kompüterə qalib gəlir.

Əlbəttə, insanlar “qabiliyyətli” olmaq məcburiyyətində olacaqlar. Bu, vaxt tələb edir və davamlı olmalıdır. Ancaq iş yerinin itirilməsi qorxusuna heç bir səbəb yoxdur. İşin dəyəri artdıqca, real gəlirlər də artmağa davam edəcək. Maşınlardan qorxmaq əvəzinə, insanlar istirahət etməlidir.

Bununla yanaşı, iqtisadçı əlavə edir ki, maşınlar bir-biri ilə şəxsi təmas qura, fiziki qüsur və qeyri-müntəzəm qərar qəbul etməyi tələb edən bir çox iş yerini əvəz edə bilməz.

Beləliklə, gələcək iş modelində insanlar üçün həmişə yer olacaq.

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA