"Roskosmos"a məxsus binada yanğın

"Roskosmos"a məxsus binada yanğın

"Roskosmos"un Moskva vilayətinin Korolev şəhərində yerləşən Mərkəzi Tədqiqat İnstitutunda yanğın baş verib.

Bu barədə məlumatı TASS yayıb. Məlumata görə, institutun damında başlayan yanğın 50 kvadratmetri əhatə edib.

Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülən yanğında xəsarət alan olmayıb. \\Axar.az