"Rusiya AŞPA-nın işində iştirak etməyəcək" - Kremldən Qərbə MESAJ

"Rusiya AŞPA-nın işində iştirak etməyəcək" - Kremldən Qərbə MESAJ

Rusiya Avropa Şurası Parlament Assambleyasının işində iştirak etməyəcək.

Hurriyyet.org xəbər verir ki, bu barədə açıqlama verən Federasiya Şurasının AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Aleksandrov AŞPA milli nümayəndə heyətlərinə qarşı ayrı-seçkiliyin yolverilməzliyinə dair qanun qəbul etməyənə qədər vəziyyətin belə davam edəcəyini bildirib:

“Bu məsələdə AŞPA-nın mövqeyi əsasdır və əgər Assambleyanın qaydalarına müvafiq dəyişikliklər edilsə, Rusiya bu struktur çərçivəsində öz işini davam etdirməyə hazırdır. AŞPA-nın işində müsbət dəyişikliklər olunana qədər Rusiya Assambleyanın işinə qatılmaqdan imtina edəcək. AŞPA prinsipial olaraq hələ də belə bir qərar qəbul etmir, çünki bu, Rusiyaya təzyiq göstərən ümumi sanksiyalar siyasətini poza bilər”./axar.az/

Loading...

QALEREYA