POROŞENKO: "RUSİYA CƏZALANDIRILMALIDIR" 

  • 2018-12-06 13:54:11
  • |
  • Dünya /

POROŞENKO: "RUSİYA CƏZALANDIRILMALIDIR" 

Hurriyyet.org xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko “Nyu York Tayms” qəzetində dərc edilən məqaləsində Rusiyanın Ukrayaya hücumunun cəzasız qalmamalı olduğunu söyləyib. O yazıb ki, 2014-cü ildə, 70 illik fasilədən sonra ilk dəfə bir ölkə hərbi hücumla Avropa xəritəsini yenidən çəkməyə cəhd edib – Poroşenko Rusiyanın Krım yarımadasını ilhaq etməsinin dünya miqyasında etirazla qarşılandığını və iqtisadi sanksiyalarla nəticələndiyini xatırladıb.

Moskva iqtidarının Ruiya ilə Krım yarımadası arasında təqribən 20 km uzunluğunda körpü inşa elədiyini söyləyən Poroşenko Ukrayna xalqının Rusiyanın ölkəni işğala davam edəcəyinə oturub tamaşa eləməyəcəyini, 4 il əvvəl Rusiya ordusunun əməllərinə təkbaşına müqavimət göstərəcək qüvvələri olmadıqlarını, lakin bu gün qətiyyətli və Rusiyaya cavab verməyə hazır olduqlarını vurğulayıb.

Poroşenko ötən ayın sonunda, noyabrın 25-də Kerç boğazı yaxınlığında Rusiya hərbi gəmilərinin Ukrayna gəmilərini və dənizçilərini əsir götürdüyü, onlara atəş açdığı insident zamanı Ukrayna gəmilərindən Rusiya donanmasına atəş açılmadığını diqqətə çatdıraraq deyib: “Moskva bu səfər 2014-cü ildə Krımda elədiyi kimi, “kiçik yaşıl adamların” və ya eyni ildə Ukraynanın şərqində düşmənlik ortaya çıxdığı zaman iddia elədiyi kimi, “məzuniyyətdə” olan hərbçilərin arxasında gizlənmədi. Moskva bu dəfə dünyanı aldatmağa belə çalışmır”.

Ukrayna prezidenti yazıb: “Rusiyanın məqsədi bəllidir, mülkün və torpağın zor gücü ilə qəsb edildiyi dövrə dönmək istəyir. Ukrayna ilə başlayır və demokratik dünyanın icazə verdiyi qədər qərbə yönəlməyə davam edir. Demokratik ölkələr indi seçim etməlidirlər. Düzgün olan üçün ayağa qalxmaq və ya Rusiya prezidenti Vladimir Putinin könlünü almağ davam eləmək. Taricdən bilirik ki, bu könül almaların ölümcül nəticələri olub”.

Rusiyanın İngiltərəyə kimyəvi silahlar yolladağını, Qərəbə kiberhücumlar elədiyini, Suriyada sakinləri bombaladığını, Ukraynanın şərqində 10 mindən artıq insanın ölümü ilə nəticələnən bir müharibənin təqsirkarı olduğunu, dünya miqyasında qorxu və çaşdırmaya nail olmaq üçün dezinformasiya ilə məşğul olduğunu bildirən Poroşenko soruşub: “Artıq hərəkətə keçməyin vaxtı deyilmi?”

P.Poroşenko ABŞ prezidenti Donald Trampın G-30 sammitində Putin ilə görüşünü ləğv eləməsindən, Ukraynanın Ağ Ev və ABŞ Konqresindən möhkəm dəstək görməsindən razı qaldığını bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA