"Saakaşvilinin hərəkəti siyasi intihardır" - POLİTOLOQ

"Saakaşvilinin hərəkəti siyasi intihardır" - POLİTOLOQ

Məlum olduğu kimi, bu gün Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili onu həbs etməyə gəlmiş xüsusi təyinatlılara təslim olmayaraq binanın damına çıxıb və intihar etməklə hədələyib. Daha sonra onu damdan endirib həbs edərək, aparıblar.

Hurriyyet.org bildirir ki, politoloq Şahin Cəfərli Saakaşvilinin son hərəkətini şərh edərək, sosial şəbəkədə status paylaşıb. Həmin statusu təqdim edirik:

"Saakaşvilinin "sərhəd əməliyyatı" ilə Ukraynaya qayıtdıqdan sonrakı fəaliyyəti siyasi intihar idi.

Demokratik seçkilərin keçirildiyi bir ölkədə "impiçment" tələbi ilə küçə aksiyalarına başlamaq rasional deyildi, üstəlik o ölkədə ki, Rusiya kimi "div"lə müharibə aparır və daxili sabitliyin həyati əhəmiyyəti var. Bu, istəmədən də olsa, Rusiyanın əlinə oynamaq demək idi.

Məhz bu səbəblə ukraynalılar ölkədəki vəziyyətdən narazı olmalarına baxmayaraq, "Mixo Maydan"a dəstək vermədilər, digər müxalif qüvvələr də aksiyalara qoşulmadılar.

2019-cu ildə Ukraynada prezident və parlament seçkiləri keçiriləcək. Saakaşvili səbrlə partiyasını təşkilatlandırıb, gücləndirərək və gənc nəsli öz tərəfinə çəkərək seçkilərdə nəticə əldə edə bilərdi. Amma bu yolu seçmədi".

  • Hamısı
  • Loading...

    QALEREYA