"Sabah özünüzü 11:00-17:00-dək günəş şüalarından qoruyun" - Nazirlikdən XƏBƏRDARLIQ

  • 2018-07-10 15:12:38
  • |
  • Hava /

"Sabah özünüzü 11:00-17:00-dək günəş şüalarından qoruyun" - Nazirlikdən XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabah havanın qızmar keçəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Hurriyyet.org nazirliyə istinadən bildirir ki, iyulun 11-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir:

“Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edilir.

Azərbaycanın rayonlarında iyulun 11-dən və iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir”.

Loading...

QALEREYA