"Shamkir Chess 2019"un qalibi müəyyənləşdi - YENİLƏNİB

  • 2019-04-08 18:59:27
  • |
  • İdman /

"Shamkir Chess 2019"un qalibi müəyyənləşdi - YENİLƏNİB

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.

Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb.

Hazırda Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin), Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya) və Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir. Turnirə aprelin 9-da yekun vurulacaq.

***

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində ardıcıl 8-ci dəfə heç-heçə edib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, 32 yaşlı qrossmeyster VIII turda Hindistan təmsilçisi Vişvanatan Anandla da xalı yarı bölüb. Bununla da Azərbaycan təmsilçilərinin hazırkı superturnirdə qalib ola bilməyəcəkləri dəqiqləşib. Daha əvvəl ənənəvi yarışın ikiqat qalibi Şəhriyar Məmmədyarov birinci yer şansından məhrum olub.

Hazırda turun Sergey Karyakin (Rusiya) – Maqnus Karlsen (Norveç), Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin), Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya) və Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir. Son dünya çempionu Maqnus Karlsen qələbə qazanacağı təqdirdə, finişə bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.

Qeyd edək ki, hazırda Teymur Rəcəbov və Vişvanatan Anandın 4 xalı var. Turnirə aprelin 9-da yekun vurulacaq. Lider Karlsenin 5, ikinci pillədəki Karyakinin 4,5 xalı var.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA