"Sümük əriməsinə səbəb olur” - ÇAYXORLARA BƏD XƏBƏR - VİDEO

"Sümük əriməsinə səbəb olur” - ÇAYXORLARA BƏD XƏBƏR - VİDEO

Çayın qida maddələri ilə zəngin olduğu hamıya məlumdur.

Lakin hər susayanda, acanda, xəstələnəndə, söhbət edəndə, bəzən boşluqdan, yeri gəldi-gəlmədi içdiyimiz çayın bu qədər qəbulu sən demə sağlamlıq üçün əməllicə riskmiş.

Hurriyyet.org ARB 24-ə istinadən xəbər verir ki, həkim Rizvan Məmmədov da çayın eyni zamanda sümük əriməsinə gətirib çıxardığını qeyd edir:

“Artıq maye kalsiumun bədəndən çıxardır Nəticə etibarilə görürsünüz ki, insanlarda sümük sınması halları baş verə bilir. Buna görə də imkan daxilində çayı daha az qəbul etmək lazımdır”.

Qeyd olunan proses orqanizmdə gizlin gedir. Yalnız sümük tam kövrəldikdən sonra - qırılan zaman biuzə verir. Çayın tərkibindəki kofein və tanin miqdarı baş ağrısına və yuxusuzluğa səbəb ola bilir. Çayın dəmlənmə qaydalarında əməl etmək şərtdir - uzun müddət dəmlənməsi orqanizmə zərərlidir.

Həkim Rizvan Məmmədov onu da qeyd etdi ki, yaşlı insanlar, ürək xəstəsi olan insanlar, hiportoniklərin həddindən çox çay qəbul etməsi məsləhət deyil:

“Çayın tərkibində kofeinə bənzər maddələr ürək döyüntüsünü artırır”.

Tünd rəngli çayın tərkibində kofein miqdarı çox olduğundan asılılıq yaradır. Odur ki, rəngi nə qədər açıq olsa, bir o qədər yaxşıdır. Qaynar çay müxtəlif mədə xəstəliklərinə səbəb olur.

Rizvan Məmmədov çayın armudu stəkanda içilməsini məsləhət bilir:

“Çalışmaq lazımdır ki, çay gün ərizində 2 ya 3 dəfədən artıq içilməsin ”.

Mütəxəssislərin fikrincə, içilən zaman maksimum istilik 56 dərəcə olmalıdır. Ac qarına çay tövsiyə edilmir. Yeməkdən əvvəl qəbulu mədə şirəsini azaldır, proteinin mənimsənilməsini ləngidir.

Çayı yeməkdən 20-30 dəqiqə əvvəl və ya sonra içmək məsləhət görülür. Nahaq yerə deməyib dahi Nizami Gəncəvi - “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”...

Loading...

QALEREYA