"Taksi sürücüsü məni vurub, üstümə bıçaq çəkdi" - Rəqqasə Renka

"Taksi sürücüsü məni vurub, üstümə bıçaq çəkdi" - Rəqqasə Renka

"Bir dəfə taksi sürücüsü yolda mənə söydü. Duşdum maşından cavab verməyə, məni vurdu".
Bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) "Səhər-səhər" verilişində deyib. Sənətçi yolda başına gələn hadisəni bölüşüb:

"Bacım sürücü ilə dava etdi, getdim maşınını axtarıb sənəd tapmaq istəyirdim. Dedim, əlimdə nəsə olsun ki, şikayət verim. Üstümə bıçaq çəkdi. Avtomobilimdə "bita" var idi, götürüb onun maşınını əzdim. Axırda gördüm toya gecikirəm, oturub maşına qaçdım.

Bir də gördüm polis idarəsindən zəng gəlib. Adam gedib, məni şikayət edib. Getdim, kameraları açdırdım, hər şeyə baxdılar. Axırda həmin sürücü məndən üzr istədi. Mən bu cür hallarla tez-tez əziyyət çəkirəm, bacım hər gün ağlayır"./axşam.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA