"TAP İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək"

"TAP İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək"

"Transadriatik boru kəməri (TAP) layihəsi İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək".

Hurriyyet.org xəbər verir ki, bunu TAP-ın tikintisi üzrə konsorsiumun idarəedici direktoru Luka Skyeppati İtaliyada energetika konfransında deyib.

O qeyd edib ki, TAP İtaliyanı yeni qaz mənbələri ilə təmin edəcək.

Direktor bildirib ki, İtaliyanın 35 milyard kubmetr qaz tədarükü haqqında müqavilələrinin müddətinin 2020-ci ildə başa çatacağı nəzərə alınsa, Azərbaycan qazının ölkəyə nəqli onun enerji təhlükəsizliyini gücləndirəcək.

L.Skyeppati TAP layihəsinin İtaliya, Yunanıstan və Albaniyada icrasından da danışıb: "TAP-ın Yunanıstan və Albaniyada inşası üçün lazım olan 473 və 162 km uzunluğunda borular müvafiq olaraq artıq çəkilib. 457 və 156 km-lik hissələrdə isə qaynaq işləri başa çatıb".

İtaliyaya gəlincə, direktor deyib ki, burada TAP-ın reallaşması çərçivəsində mikrotunellərin tikintisi üçün meydançaların hazırlanması işləri yekunlaşıb.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir və Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşdiriləcək: boru kəməri Yunanıstan və Albaniya əraziləri, Adriatik dənizinin dibi ilə çəkiləcək və İtaliyanın cənubuna istiqamətlənəcək./trend/

Loading...

QALEREYA