"TAYMS": “ƏRDOĞAN HAQLIDIR” - Kapitalist ABŞ ilə marksist PKK arasındakı əməkdaşlığın sirri nədir?

  • 2019-01-10 16:08:01
  • |
  • Dünya /

"TAYMS": “ƏRDOĞAN HAQLIDIR” - Kapitalist ABŞ ilə marksist PKK arasındakı əməkdaşlığın sirri nədir?

Hurriyyet.org xəbər verir ki, İngiltərənin “Tayms” qəzeti Türkiyənin prezidenti R.T.Ərdoğanın YPG məsələsində haqlı olduğunu vurğulayıb. Qəzetdə yer alan analizdə deyilir: “Yaxın Şərqin ən qəribə əməkdaşlığı kapitalist ABŞ ilə marksist YPG arasındadır. Həmçinin, YPG ilə PKK arasında bir fərq yoxdur”.

İngiltərənin “Tayms” qəzetinin İnternet saytındakı analizdə YPG məsələsindəki mövqeyinə görə, prezident Ərdoğana haqq verir.

Yaxın Şərq müxbiri Riçard Spenserin yazdığı məqalədə YPG ilə PKK arasında bir fərqin olmadığı vurğulanır: “Bir yandan dünyanın ən böyük kapitalist güclərindən olan, NATO-nun və Qərb İttifaqının lideri olan ABŞ var. Digər tərəfdən isə ideologiyası dəbi keçmiş olan marksizm və Murrey Buukçin adlı az tanına bir anarxist filosofunun inancı arasında gedib-gələn YPG qrupu var”.

Ərdoğan haqlıdır

Spenser yazır: “YPG-nin Suriyanın irəlidə gedən hərbi qüvvəsi olmasının bir səbəbi vardır. Çünki Əsəd hökuməti heç vaxt kürdlərin müstəqillik arzularına tolerant yanaşmayıb. Türkiyənin cənub-qərbində döyüşən kürd terrorçular qrupu bir zamanlar PKK-nı dəstəkləməyin də özləri üçün mənfəətli olduğunu düşünürdülər. 1990-cı illərdə Türkiyə ilə Suriya arasındakı yaxınlaşma bu vəziyyəti dəyişsə də, Suriya da PKK-nı dəstəklədi. Daxili müharibənin xaosu içərisində PKK özünü siyasi və hərbi qəbul elətdirmək imkanı tapdı. Daha sonra PKK İŞİD qarşısında geri çəkildi”.

“Tayms” müxbiri PKK ilə YPG arasında fərq olmadığını və ABŞ-ın əslində özünün də “terrorçu” adlandırdığı bir təşkilata yardım elədiyini söyləyən prezident R.T.Ərdoğanın haqlı olduğunu yazıb. O yazıb: “Cənab Trampn Suriyanı tərk eləmək qərarı, YPG-ni tərk eləmək deməkdir. Buna görə də, YPG liderləri Türkiyənin aparacağı əməliyyatlar qorxusundan qəflətən Dəməşqə müraciət eləyiblər”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA