"Tərəfləri razı salacaq variant tapmaq üçün..." - Merkeldən Qarabağ AÇIQLAMASI

"Tərəfləri razı salacaq variant tapmaq üçün..." - Merkeldən Qarabağ AÇIQLAMASI

"Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri razı salacaq variant tapmaq üçün xeyli vaxt lazım olacaq".

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Qarşıda uzun yol var. Təkcə bir tərəfi razı salan variant mümkün deyil. Odur ki, ATƏT-in Minsk qrupunun imkanlarından yararlanmaq lazımdır”, - deyə Almaniyanın hökumət başçısı vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA