"Terror və terrorçularla mübarizə "demokratiya sıxışdırılır" məntiqinə uyğun deyil" - POLİTOLOQ

  • 2019-08-20 13:59:42
  • |
  • Region /

"Terror və terrorçularla mübarizə "demokratiya sıxışdırılır" məntiqinə uyğun deyil" - POLİTOLOQ

Elxan Şahinoğlu: "Türkiyədə özünə hörmət edən heç bir siyasətçi PKK-nın gücünün artmasına razılaşmaz"

"Bəzi dostlarımız Türkiyənin indiki hakimiyyətindən və cümhurbaşqanından xoşları gəlmir deyə 3 şəhərin bələdiyyə başçısının işlərindən uzaqlaşdırılmasını sərt təndiq edir və bunu demokratiyaya müdaxilə adlandırırlar". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq hesab edir ki, Türkiyədə demokratiya ilə bağlı suallar bəlkə də başqa sahələrdə yarana bilər, ancaq terror və terrorçularla mübarizə "demokratiya sıxışdırılır" məntiqinə uyğun deyil: "Türkiyə 1980-ci illərdən bu yana terror bəlasından qurtulmaq istəyir. Dünyanın ən demokrarik ölkəsində də terrorçulara maliyyə və texnik dəstək verən qurumun və ya rəsminin fəaliyyətini davam etdirməyə imkan verməzdilər. Demokratik yolla seçilmiş bələdiyyə başçısı hələ ona toxunulmazlıq hüququ vermir. Bəzi dostlarım sual edir ki, terrorçulara dəstək şübhəsi var idisə niyə bələdiyyə seçkilərindən əvvəl onların namizədlikləri qeydiyyata alınırdı və sonra Mardin, Van, Diyarbəkir bələdiyyə başçılarına möhürlər verildi? Bu sualın cavabı da sadədir. Çünki möhür almamışdan əvvəl onlar hələ bələdiyyə başçıları deyildilər və hələ bələdiyyə başçısı səviyyəsində terrorçulara dəstəyə göz yumamışdılar. Neqativ hallar onların bələdiyyə başçısı dönəmində qeydə alındı. Ona görə də vəzifələrindən uzaqlaşdırıldılar".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bu qənaətdədir ki, Türkiyədə hakimiyyətdə Ərdoğan yox, bir başqası olsaydı və ona da bələdiyyə başçılarının terrorçu PKK ilə əlaqələri barədə məxfi məlumatlar çatdırılsaydı, o da daxili işlər nazirinə "bələdiyyələrlə bağlı tədbir görün" əmrini verəcəkdi: "Mənim buna şübhəm yoxdur. Əks halda gərək PKK-nın şəhərlərdə gücünün artmasına göz yumasan. Buna isə Türkiyədə özünə hörmət edən heç bir siyasətçi razılaşmaz".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA