"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU

"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU

“Azərbaycan sərhədlərini türk qoşunları ilə bir yerdə qorumalıyıq”

“Biz Türkiyə ilə hərbi müttəfiqliyi Rusiya-Ermənistan arasındakı hərbi müttəfiqlik səviyyəsinə qaldırmalıyıq”

“Ermənilər getdikcə Azərbaycan xalqını psixoloji, mənəvi cəhətdən əzirlər”

“Paşinyan gəlib Qarabağda iclas keçirirsə, dağıtmalıyıq”

“Azərbaycan hökuməti erməni və ruslarla birləşib, Azərbaycan xalqında təslimçilik ruhunu formalaşdırırlar”

“Azərbaycanda hakimiyyətdə çox ciddi parçalanma var və bu parçalanma Azərbaycan dövlətinin hər hansı bir məsələ ilə bağlı vahid mövqenin ortalığa çıxmasına imkan vermir”

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/azerbaycan_xalqini_suni_suretde_ermeniler_qarsisinda_teslim_edirler_-_srdar_clalolu)

- Faktiki olaraq bu gün də Nəcməddin Sadıqovun nazirdən üstün səlahiyyətlərə malik olduğu haqqında iddialar var. Belə bir durumda Azərbaycan ordusunun NATO-ya inteqrasiyası mümkündürmü?

-İndiki halda Rusiyanın Azərbaycana ordusuna nəzarətinin iki məqsədi var. Birincisi, ordunu deqradasiya etdirmək, yəni korrupsiyanı, rüşvəti orduda inkişaf etdirmək, ordunun nizamının pozulmasına xidmət eləmək, əsgərlərimizdə ruh düşkünlüyü yaratmaq, təslimçilik kompleksi formlaşdırmaq, orduda ən qiymətli adamları qurban vermək, işdən çıxartmaq, kifayət qədər xalqına bağlı olan əsgərləri, zabitləri neytrallaşdırmaq ki, Qarabağ müharibəsində əlverişli bir nailiyyət əldə etməsin. İkincisi, Azərbaycan ordusunun müasirləşməsinin, NATO standartlarına uyğun silahlanmasının və digər hərbi ittifaqlara inteqrasiyasının qarşısını almaq. Əslində, bizə NATO-ya birbaşa inteqarsiyaya ehtiyac yoxdur. Bizim strateji müttəfiqimiz Türkiyədir. Biz Türkiyə ilə hərbi müttəqfiqlik müqavilələrimizi inkişaf etdirsək, hərbi əlaqələrimizi genişləndirsək, bu, bizə kifayət edəcək. Bizə başqa NATO dövlətləri lazım deyil. Türkiyə bizim üçün bəs edər. Biz Türkiyə ilə hərbi müttəfiqliyi Rusiya-Ermənistan arasındakı hərbi müttəfiqlik səviyyəsinə qaldırmalıyıq, türk qoşunları Azərbaycana gəlməlidir. Necə ki, ruslar Ermənistan sərhədlərini ermənilərlə birgə qoruyur, Azərbaycan sərhədlərini də türk qoşunları ilə biz bir yerdə qorumalıyıq. Bizim başqa bir yolumuz yoxdur. Ya Rusiya Ermənistandan çıxmalıdır, biz Ermənistanla tərəf müqabil olmalıyıq, ya da Rusiya Ermənistanı öz dalına alıbsa, biz də Türkiyəni öz yanımıza alıb, hərbi cəhətdən öz təhlükəsizliyimizi təmin etməliyik. Bunun başqa variantı yoxdur. Bizə NATO lazım deyil. NATO-nun özünün başqa maraqları var. NATO-nun əsas vəzifəsi Avropanın təhlükəsizliyini qorumaqdır. Bizə Azərbaycanın təhlükəsizliyini qorumaq lazımdır. Biz Avropa Birliyinin üzvü deyilik ki, NATO bizi qorusun. NATO ilə sıx əməkdaşlıq etmək o zaman mümkün olar ki, sən Avropa Birliyinin üzv olasan. Mən indiki dönəmdə Avropa Birliyinə üzv olmağı o qədər vacib hesab etmirəm. Amma biz Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqliyi neytrallaşdırmaq üçün mütləq Türkiyə ilə hərbi müttəfiqlik əlaqələrimizi genişləndirməliyik və türk qoşunları Azərbaycana gəlməlidir. Bunun analoqu yoxdur. Kim ki, bundan başqa bir yolla Qarabağın azad olunmasını düşünür, o, tamamilə xəyalpərvərdir və reallıqlardan uzaq bir adamdır.

- Sizcə, Paşinyanın “Qarabağ-Ermənistandır” bəyanatına rəsmi Bakının yetərli reaskiyasının olmaması Müdafiə Nazirliyindəki Rusiyapərəst qüvvələrin mövqeyi ilə bağlıdırmı?

- Açığı, Azərbaycanda hakimiyyətdə çox ciddi bir parçalanma var və bu parçalanma Azərbaycan dövlətinin təkcə Qarabağ məsələsində Paşinyanın mövqeyinə yox, ümumiyyətlə, hər hansı bir məsələ ilə bağlı vahid bir mövqeyin ortalığa çıxmasına imkan vermir. Sanki Azərbaycanda avtoritar bir boşluq var. Ona görə də Azərbaycan dövləti elə bil yoxdur. Təbii ki, təkcə Paşinyanın bəyanatlarına cavab vermək lazım deyil, ermənilərin Bişkek protkolunun şərtlərinə zidd olaraq işğal olunmuş ərazilərdə hərbi istehkamları gücləndirməsi və orada erməniləri məskunlaşdırması, bütün tədbirlərin qarşısı hərbi yolla alınmalıdır. Biz orada yol, su kanalı, körpü çəkilirsə, onları dağıtmalıyıq. Paşinyan gəlib Qarabağda iclas keçirirsə də, dağıtmalıyıq. Azərbaycan hökuməti Azərbaycanda xarici jurnalistlərə viza verdi ki, gedin Dağlıq Qarabağda Paşinyan mətbuat konfransı keçirəcək, orada iştirak edin və onun verdiyi bəyanatı dünyaya yayın. Bu, nə deməkdir? Paşinyan Qarabağda nə qələt edir? Kimdir Paşinyan? Heç İrəvan erməninin deyil. Paşinyanın İrəvanda oturmağa mənəvi haqqı yoxdur. Xeyir ola, gəlib Qarabağda oturub Azərbaycan xalqına meydan oxuyur? Onların ritorikasına fikir verin, getdikcə Azərbaycan xalqını psixoloji, mənəvi cəhətdən əzirlər. Azərbaycan hökuməti də cavab vermir. Çünki Azərbaycan hökuməti ilə razılaşdırılmış bir siyasətdir. Belə çıxır ki, ermənilər nə istəyirlər edirlər, deyirlər, istədikləri kimi Azərbaycan xalqını alçaldırlar. Bizim hökumət də cavab vermədiyinə görə xalqda belə bir təsəvvür yaranıb ki, biz nə qədər güclüyük, gör, bunlar nə qədər güclüdür.

Əslində, Azərbaycan hökuməti erməni və ruslarla birləşib, Azərbaycan xalqında təslimçilik ruhunu formalaşdırırlar. Bunun mənası budur. Ən azı Xarici İşlər Nazirliyi səviyyəsində kəskin bir bəyanat vermək olar. Özgə vaxt bir deputat az qalır müxalifəti yesin, qeyrəti varsa, çıxar Paşinyanın cavabını verər. Fikir verirsinizsə, Azərbaycan tərəfindən ermənilərin siyasi lotuluğuna cavab verən yoxdur.

- Niyə cavab verən yoxdur?

- Deyirəm də, xalq düşünür ki, İlham Əliyev və ən azı baş nazir səviyyəsində Paşinyana cavab verilmirsə, doğurdan da Paşinyan düz deyir, onlar güclüdür, bizi məhv edə bilərlər, iki günə Gəncəyə gələ, oranı tuta bilərlər. Bu, nə deməkdir? Biz hansı əsrdə yaşayırıq? Biz Nadirin, Qacarın, Şah İsmayıl Xətainin nəvələriyik. Biz dünyanı idarə edən xalqlardan biri olmuşuq. 500 il 1 milyon 300 kvadrat kilometr ərazidə siyasi hakimiyyətə malik olan bir xalqın nəvələriyik. Gör, bizi nə günə salıblar. Dünənə qədər olmayan bir tayfanı gətirib xalq ediblər, Azərbaycan xalqının boğazına keçiriblər. Bunu rus, Amerika, Avropa edirsə, biz bunun üstünə getməliyik. Nətəhər olur 4 milyonluq yəhudi 300 milyon ərəbin öhdəsindən gələ bilir, 10 milyonluq Azərbaycan 1 milyon erməninin öhdəsindən gələ bilmir. Bu, biqeyrətlik bizdə haradandır? Bu gücsüzlük haradan qaynaqlanır? Özgə vaxt parad keçirdirlər, bəyanatlar verirlər ki, biz dünyanı tutarıq, Avropanı, Amerikanı saymırıq. Yeni Azərbaycan Partiyasının deputatlarının, siyasi liderlərinin ritorkasıdır ki, biz dünya ilə hesablaşmırıq, heç kəsə bizə diktə edə bilməz. Demirsən, heç kəs sənə diktə edə bilməz, nəyə görə demokratiya, söz azadlığı, siyas məhbus məsələsini heç kəs sənə diktə edə bilmir, amma Qarabağ məsələsində sənə diktə edirlər, Qarabağla bağlı bu gücsüzlüyünün səbəbi nədir? İnsan hüquq və azadlıqları ilə bağlı güclülüyünün səbəbi nədir, bəs? Sən elə ancaq daxili siyasətdə güclüsən? Bizdə bir atalar misalı var: “Evdə xoruz, çöldə fərə”. Azərbaycan iqtidarı evdə xoruz, çöldə fərədir. Azərbaycan vətəndaşları üzərində böyük, analoqu olmayan gücdür, dünyanın ən rəzil bir xalqı olan ermənilərin də qarşısında boynubükük, yetim uşaqdır. Sən xalqına istinad eləsən, gör, sən nə qədər güclü bir dövlət, hörmətli bir hakimiyyət olarsan, nə qədər sənə müttəfiqliyə əl uzadarlar. Nə olub bizə? Ona görə də bu situsiyanı dəyişmək lazımdır. Əgər iqtidar Dağlıq Qarabağı azad edə bilmirsə, çıxıb getməlidir. Dağlıq Qarabağı üzərinə öhdəlik götürən hakimiyyətə gəlməlidir. Əslində, Heydər Əliyev hakimiyyətə gələndə demişdi ki, mən Qarabağı azad etməyi vəd etmirəm. O vaxtı Azərbaycan xalqı Heydər Əliyev hakimiyyəti ilə razılaşdı, əl çaldılar ki, gəlsin. İndi Qarabağ istəyirsənsə, bunlar əvvəlcədən də dedi ki, sizə Qarabağı azad etməyi vəd etmirik, vəssalam, hakimiyyətini dəyiş, get Qarabağı azad elə. Bunun başqa yolu yoxdur ki.

Qaldı ki Rusiyapərəst qüvvələrə, hər bir dövlətdə xarici dövlətlərə işləyən gizli və açıq agentlər olub. Amerikada da var. Xatırlayırsınızsa, Amerikanın əleyhinə işləyən “Vikiliks” var idi, ifşa olundu. İngiltərə dövlətində də başqa ölkələrə işləyən ingilislər var. Alman dövlətində də var. Rusiyanın özündə də xaricə işləyən yüksək rütbəli adamlar var. Biz Nəcməddin Sadıqovun və yaxud kiminsə üzərində siyasət qurmamalıyıq. Biz gedib işimizi görməliyik və o adam da mane olanda proses özü onu kənara atmalıdır. Yoxsa biz elə oturaq ki, Nəcməddin Sadıqov çıxarılmalıdır, o çıxarılıb, yerinə başqa bir agent gətirilər, nə dəyişiləcək? Biz Dağlıq Qarabağı azad edərkən nə daxildəki ruspərəst qüvvələrin, nə Rusiyanın, nə ermənin, nə Amerikanın, nə də Avropanın mövqeyinə fikir verməməliyik. Biz haqlıyıq. Beynəlxalq hüquqa görə istənilən üsulla bizim torpaqlarımızı azad etmək hüququmuz var. Azərbaycan torpaqları Ermənistan və Rusiya tərəfindən işğal olunub. Biz işğala məruz qalmış dövlət kimi hər şeyi edə bilərik. Biz haqlı ola-ola Azərbaycan hökuməti elə bir yanlış siyasət aparıb ki, Dağlıq Qarabağ problemi ilə bağlı ən haqsız mövqedəyik. Sanki biz onların torpaqlarını işğal eləmişik, erməniləri qırırıq. Xocalı soyqırımını törədən ermənilər bu soyqırımı Azərbaycana qarşı istifadə edirlər ki, guya, bunlar ermənilərdir, bunları azərbaycanlılar qırıb. Azərbaycan hökuməti bunu sübut edə bilmir, hər şey tərsinədir. Necə ki, ermənilər özləri türklərə qarşı qırğın törədiblər, guya, deyirlər ki, biz genosidə məruz qalmışıq. Halbuki, genosidi ermənilər eləyib. Necə ki, 1915-ci ildə elədikləri genosidi türklərin üstünə atdılar, indi də bizim xalqa qarşı törətdikləri bütün cinayətləri bizim xalqın onlara qarşı elədiyi cinayət kimi dünyaya təqdim edirlər və Azərbaycan hökuməti də demək olar ki, bu məsələdə piyadadır.

-Tez-tez bəyanat veririk ki, lazım gəlsə, müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Bu baş verənlər fonunda belə müharibə ehtimalı üfüqdə görünürmü?

-Bunlar nağıl danışırlar. Azərbaycan Konstitusiyasında Azərbaycan ərazilərinin qorunması birbaşa hüquqdur. Azərbaycan Konstitusiyasında yazılıb ki, Azərbaycan hakimiyyəti Azərbaycan dövlətinin ərazi bütövlüyünü qorumalıdır. Bu, bilvasitə İlham Əliyevin prezident kimi, Azərbaycan ordusunun və xalqının vəzifəsdir. “Lazım gəlsə” nədir? Bəyəm, Konstitusiyada yazılıb ki, lazım gələn halda ərazilər, sərhədlər qorunacaq, ərazi üzərində suverenlik təmin olunacaq? Azərbaycan dövlətinin Konstitusiyası Azərbaycan ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Yəni bu, suverenliyin bütün əraziyə yayılması deməkdir. Sənin ərazinin 20%-də suverenlik məhdudlaşdırılıb. “Lazım gəlsə” nədir? Lazım gəlsə, Konstitusiyanın hansı bəndinə yazılıb? Bu, anti-Konstitusion bir mövqedir və beynəlxalq hüquqa ziddir. Çünki BMT-nin işğal haqqındakı ümumi qətnaməsində birbaşa yazılıb ki, işğala məruz qalan dövlət bütün vasitələrdən istifadə edərək dərhal işğalın aradan qaldırılması istiqamətində addımlar ata bilər. Niyə lazım gəlməlidir? Belə çıxır ki, hələ Qarabağı azad etmək bizə lazım deyil. Bunların məntiqindən bu çıxır ki, ermənilər hələ o əraziləri istifadə eləməlidirlər, məskunlaşmalıdırlar, öz torpaqlarına ilhaq etməlidirlər, lazım gəlmir, qoy onlar istifadə eləsinlər. Lazım nə vaxt gələcək? Nəsillər dəyişilir, 30 ildir bu torpaqlar işğal altındadır, sən deyirsən, lazım gəlsə. Nə vaxt lazım gələcək?

Əslində, biz müharibə vəziyyətindəyik. Sadəcə atəşkəs elan olunub. Ehtimal nə deməkdir? Atəşkəs varsa, o deməkdir müharibə var. Müharibə qurtarmayıb ki. Müharibə qurtarsaydı, atəşkəs rejimi olmazdı ki. Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr olar. Bizim səfirliyimiz orada, onların səfirliyi burada olar. Biz müharibə vəziyyətindəyik. Qarabağ məsələsinə görə biz bir-birimizi dövlət kimi tanımırıq. “Sürünən müharibə” deyilən bir anlayış var. Bir var Lələtəpə döyüşləri kimi hücuma keçəsən, bir də var gündə 1-2 əsgərin məhv olar, müharibədir də. Diqqət eləsiniz atəşkəs rejimində ölənlərin sayı aktiv müharibədə olduğundan çoxdur. Bunun özü də bizim hərbçilərimizi məhv etməyin bir üsuludur. Gündə 1-2-ni öldürürlər, ildə baxırsan ki, 100-200 adam öldürüblər. Bir qarış torpaq da azad olunmayıb. Bu, çox yanlış bir siyasətdir. Ümumiyyətlə, Qarabağla bağlı hakimiyyətin siyasəti yanlışdır, Qarabağın Azərbaycana qaytarılmasına istiqamətlənmiş bir siyasət deyil, əksinə Qarabağı ermənilərə təslim etməyə istiqamətlənmiş bir siyasətdir. Həm kadr, həm xarici, daxili siyasəti, həm də Azərbacyan iqtidarını təmsil edən və onun yançılarının verdiyi bəyanatlar açıq şəkildə bunu subut edir. Biri çıxır deyir, bizim xalqımız ərazilərini azad etmək üçün fədakarlığa hazır deyil. Biri deyir biz Qarabağı azad edə bilmərik, gələrlər Gəncəni də tutarlar. Hansısa hökumətin dili ilə danışır. Bir də deyir Rusiya ilə danışaq, əvəzində bir Rusiyaya nəsə verək. Bunlar hamısı Azərbaycan iqtidarının Qarabağ siyasətinin ayrı-ayrı elementləridir, xalqın beyninə yeridirlər, təbliğat vasitələri ilə xalqa çatdırırlar ki, bu, belə olmalıdır. Rusiya bizim hökumətin dili ilə bizimlə danışır. O fikirlərin hamısı Rusiyaya aiddir. Məsələn, Gömrük İttifaqına, Avrasiya İttifaqına girmək kimin tələbidir? Putinin. Onu kim deyir? Bizim deputatlar demir ki, Qarabağı qaytarmaq üçün Avrasiya İttifaqına daxil olaq? Bunlar elə həmin Putinin dediyidir. Deməli, Putin öz sözlərini Azərbaycanda olan “5-ci kolon”un diliylə Azərbaycan xalqına bəyan edir. Əslində, o fikirlərin heç birinin Azərbaycan xalqına aidiyyatı yoxdur, heç bir deputatın öz ağlının məhsulu deyil. Onlar hamısı Rusiyanın bəyanatlarıdır. Tələb edirlər ki, Rusiyaya işləyən deputatlar, Prezident Aparatında, Daxili İşlər Nazirliyində, Müdafiə Nazirliyində işləyənlər o bəyanatları zaman-zaman Azərbaycan xalqına versinlər. Yəni biz faktiki olaraq o bəyanatları Azərbaycan hakimiyyət dairələrinin yox, Rusiyanın mövqeyi kimi dəyərləndirməliyik və həmişə elə qiymətləndiririk.

- Sizcə, bu vəziyyət nə vaxta kimi davam edəcək?

- Bu vəziyyət Azərbaycan xalqı ayağa qalxıb, öz torpaqlarını azad eləmək səlahiyyətini öz əlinə almayana qədər davam edəcək. Atatürkün gəncliyə bir müraciəti var. Deyir ki, “bəlkə ordular yorulub vuruşmaq istəmir. Bəlkə ata-ananız sizi başqa yola yönəldir, bəlkə dövlətiniz satılıb, zəifləyib. Onda sizin bir dənə vəzifəniz var, möhtac olduğunuz qeyrət damarınızdakı qandadır. Ayağa qalxın, öz ölkənizi azad edin”. Bu, Azərbaycan türklərinə də aiddir. Əgər dövlət və ordu əraziləri azad eləmək istəmirsə və yaxud gücü çatmırsa, Azərbaycan xalqı özü ayağa qalxıb torpaqlarını azad etməlidir. Bunun başqa variantı yoxdur. İkinci dünya müharibəsində partizan hərəkatı yaranmayana qədər Sovet ordusu heç bir şey edə bilmirdi. Partizan hərakatı yaranandan sonra, uğur əldə etdi. Eləcə də Cənubi Amerikada “qırmızı briqadalar” yarandı. Afrikanın təcrübəsi göstərir ki, requlyar orduların görə bilmədiyi işi partizan hərəkatları görür. Məsələn, bir neçə il əvvəl Livan prezidenti bəyanat vermişdi ki, Livanın mövcudluğu “Hizbullah”dan asılıdır, Livan ordusundan yox. “Hizbullah” qeyri-rəsmi bir silahlı dəstədir. O deyirdi ki, bizim suverenliyimizi qoruyan “Hizbullah”dır. Yaxın Şərq ölkələrinin bir çoxunun suveren hüquqlarını qoruyan o cür qeyri-rəsmi silahlı dəstələrdir.

- Yəni partizan hərakatına başlamaq lazımdır?

- Bəli, partizan hərakatına başlamaq lazımdır. Əgər lazımdırsa, hər bir azərbaycanlı bir ermənini özünə düşmən kimi götürüb vuruşmalıdır. Qoy, bizdən də, onlardan da ölsün. Riyazi hesablamalara görə biz təkbətək vuruşsaq, bir milyon bizdən bir milyon da onlardan ölsə, yer üzündən ermənilər silinəcək, ancaq 9 milyon azərbaycanlı qalacaq, əgər belə hesablayırıqsa. Amma İbrahimovun təcrübəsi göstərdi ki, bizim elə oğlanlarımız var ki, biri 300-400 ermənini 1 saatda məhv edə bilər. “Qabusnamə”də belə bir şey var. Deyir ki, bir qoyun sürüsü gəlir, onun başında bir şir gəlirsə, sən ona şir sürüsü kimi bax. Yox, bir şir sürüsü gəlib qarşısındakı qoyundursa, sən ona qoyun sürüsü kimi bax. Bu, nə deməkdir? Bu, o deməkdir ki, xalqların, orduların gücü onların rəhbərlərindən asılıdır. Rəhbər güclü olacağı təqdirdə düşmən kimdir sənin qabağında durur, lap xalq zəif də olsa.

Hitlerin “Mayn Kampf” əsərində Almaniyanın vəziyyəti çox geniş təsvir olunub. İkinci dünya müharibəsi başlamamışdan qabaq ora baxanda elə bilirəm ki, bizim indiki Azərbaycandır. Fransızlar gəlib böyük əraziləri tutub. İndi də Strasburq Fransadadır. Hitler yazırdı ki, fransızlar “Marselyoza” marşını eşidəndə almanlar səngərdə qorxudan özlərindən gedirdilər. Hamı rüşvət verirdi ki, xəstəxanaya getsin, döyüşməsinlər. Hər yerdə rüşvət, korrupsiya var idi. Ordu dağılıb, fransızlar da meydan oxuyur. 3 ildən sonra almanlar bütün dünyaya ağalıq etdilər. Həmin o məzlum, fransızlardan qorxan almanlar 7 həftəyə bütün Fransanı zəbt elədilər. Yəni xalqı elə edərsən qoyun sürüsü, elə də edə bilərsən şir sürüsü olsun. Bu rəhbərdən asılıdır. Jirinovski deyirdi ki, Heydər Əliyevin 10 milyon qoyunu var, onu da qabağına gedib güllə qarşılayırlar, Prezident Aparatına aparırlar. Bununla da təsdiq edir ki, Jirinovski heç də haqzıs deyil. Xalq qoyun olmaq istəmirsə, ayağa qalxıb, öz problemini özü həll etməlidir.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA