"Tülu" adlı kitabın təqdimatı keçirildi - FOTO

"Tülu" adlı kitabın təqdimatı keçirildi - FOTO

Bu gün əməkdar incəsənət xadimi, jurnalist Orxan Fikrətoğlunun "Tülu" adlı kitabının təqdimat mərasimi baş tutub.

Mərasimdə MŞ-nın sədri Əflatun Amaşov, Teleqraf Holdinqin rəhbəri Aynur Camal, millət vəkili Aqil Abbas, Qənirə Paşayeva, xanəndə Alim Qasımov, aktyor Nürəddin Mehdixanlı və digər ictimai xadimlər iştirak edib.

Müəllif tədbirdə iştirakçılarını salamyaraq, kitab haqqında məlumat verib.

Daha sonra MŞ-nın sədri Əflatun Amaşov çıxış edərək müəllifə belə bir kitab ərsəyə gətirdiyi üçün təşəkkür edib:

"İndiki zamanda kitaba elmlə münasibət tamam fərqlidir. Bu gün hər şey dəyişir kitaba sevginin yaranması sevindirici haldır. Orxan Fikrətoğluya bu cür kitab ərsəyə gətirdiyi üçün təşəkkür edirəm. O öz dəsti-xəttiylə hər zaman seçilir".

Millət vəkili Aqil Abbas çıxış edərək, Orxan Fikrətoğlunun oxucular tərəfindən hər zaman sevildiyini bildirib:

"Əvvəla müəllifi təbrik edirəm. Bu xalq onu sevir. Orxan Fikrətoğlunun öz üslubun var".

Millət vəkilləri Jalə Vəliyeva və Qənirə Paşayeva da çıxış edərək Orxan Fikrətoğlu barədə öz fikirlərini bölüşüb. Millət vəkiləri Orxan Fikrətoğlunun qələminin güclü olduğunu və hadisələrə fərqli pəncərələrdən baxdığını bildiriblər.

Daha sonra çıxış edən Teleqraf Holdinqin rəhbəri Aynur Camal Orxan Fikrətoğlunun böyük söz ustadı olduğunu bildirib:

"Çox sevindirici haldır ki, təqdimata bu qədər insan yığışıb. Qənirə xanım bu gün çox gözəl təklif irəli sürdü ki, bölgələrdə kitabları təbliğ etmək lazımdır. Çox yaxşı olardı ki, kitabı təbliğ edən, gənclər arasında sevdirən bu cür tədbirlər orta məktəblərədə də keçirilirsin. Gənclərimiz məktəbdə kitabdan başqa hər şeyə- telefona, kompyüterə maraq göstərir.

Orxan təbirik edirəm. Bilirəm ki, bu kitabın ərsəyə gəlməsi sizi nə qədər sevindirir. Siz televiziyada da bizim sevdiyimiz obrazsınız, verilişlərinizi sevə- sevə izləmişik. Ümid edirəm ki, kitablarınızın davamı olacaq. Siz həvəslə yaradacaqsınız biz dostlarınızı sevdirəcəksiniz"

Millət vəkili Fazil Mustafa da müəllif haqqında fikirlərini bölüşərək bildirib ki, o, ədəbiyyatımızı bayağılıqdan xilas edir:

"Hər bir insanı təbrik edirəm. Bu gün iki kitab təqdimatında olduq. Biz artıq kabab mədəniyyətinin kitab mədəniyyətiylə əvəz olunduğunun şahidi oluruq. Bizim bir neçə yazıçılarımız, şairlərimiz var ki, onlar ədəbiyyatımlzı bayağılıqdan xilas edir. Belə insanlara biz dəyər verməliyik. Orxan Fikrətoğlunun yaradıcılığı bizim üçün dəyərlidir. O fərqliyinini ortaya qoya bildiyi üçün bu gün bu adamlar buraya yığışıb".

Mərasimdə daha sonra tanınmış dedektiv yazıçı Elxan Elatlı, aktyor Nürəddin Mehdixanlı və digərləri çıxış edərək, müəllifə təşəkkür ediblər.

Tədbirin sonunda müəllifin imza mərasimi baş tutub.\\Kulis.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA