"Tünzalə özünü hamıdan üstün görür, yəqin deputat olacaq" - QALMAQALLI SÖZLƏR

"Tünzalə özünü hamıdan üstün görür, yəqin deputat olacaq" - QALMAQALLI SÖZLƏR

Müğənni Nura Suri "ATV maqazin onlarla" verilişinin "Hid parad" rubrikasının qonağı olub.

Hurriyyet.org axşam.az-a istinadən xəbər verir ki, sənətçi əməkdar artist Tünzalə Ağayeva haqda qalmaqallı sözlər deyib.

Nura bildirib ki, aralarında soyuq küləklər əsir:

"Onun olduğu verilişə baxandan sonra bəzi şeylər öyrəndim. Gülə-gülə hamını elə çıxardı ki... Tünzalə Ağayevanın çox hit mahnıları var. Yeni mahnısı isə güclü deyil, hit olmadı".

Nura "Bu yaxınlarda tədbirlərdən birində üz-üzə gəldiniz və salamlaşmadınız" sözlərinə belə cavab verib:

"Ola bilsin görmədim, bir-birimizin yanından keçdik. Diqqət göstərmədi, əvəzində mən də göstərmədim. Bu, onun xasiyyətidir, mənə münasibəti yox. Başa düşürəm, sənin səsin mənim səsimdən güclü ola bilər. Amma elə də böyük yaş fərqimiz yoxdur ki, mənə yol göstərəsən. İnsan özünü çox üstün görür hər kəsdən. "Səsim güclüdür deyə, kimdənsə üstünəm" deyə davranır. Yəqin deputat olmağa hazırlaşır. Ondan da irəli gələr".

Loading...

QALEREYA