"Türkiyə Şimali Kiprin haqqının mənimsənilməsinə imkan verməyəcək" - XİN

  • 2019-06-08 13:58:02
  • |
  • Region /

"Türkiyə Şimali Kiprin haqqının mənimsənilməsinə imkan verməyəcək" - XİN

Heç bir xarici şirkət Kipr adasına aid karbohidrogen ehtiyatların pay bölgüsündə adadakı türk və yunan icmalarının bərabər hüquqa malik olduqlarını qəbul etmədən bölgədə fəaliyyət göstərə bilməz.

Hurriyyet.org xəbər verir ki, bu fikir mövzu ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan açıqlamada yer alıb.

Bildirilir ki, Şimali Kipr tərəfi adaya aid neft və qaz yataqlarından bərabər miqdarda pay almaq hüququna malikdir. Cənubi Kipr tərəfinin adaya aid yataqları birtərəfli qaydada istismar etmək cəhdləri yolverilməzdir. Türkiyə tərəfi heç bir halda Şimali Kiprin haqqının mənimsənilməsinə imkan verməyəcək./azərtac/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA