"Şuşa şəhərciyi"ndə 3 maşın toqquşdu - Avtomobillərdən biri qadını vurdu

"Şuşa şəhərciyi"ndə 3 maşın toqquşdu - Avtomobillərdən biri qadını vurdu

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, rayonun "Ramana-450" qəsəbəsində ("Şuşa şəhərciyi") üç minik avtomobili toqquşub.

Avtomobillərdən biri zərbənin təsirindən idarəetmədən çıxaraq yaxınlıqdan keçən xanıma dəyib.

Müxtəlif xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis gəlib, araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA