"Vahid Əhmədovun açıqladığı rəqəm 11 ildə büdcədən kənarlaşmanı ifadə edir" - QUBAD İBADOĞLU

  • 2018-11-09 12:45:56
  • |
  • Aktual /

"Vahid Əhmədovun açıqladığı rəqəm 11 ildə büdcədən kənarlaşmanı ifadə edir" - QUBAD İBADOĞLU

"Gömrükdə 2003-2014-cü illər ərzində idxal əməliyyatlarında qeydiyyatdan kənarlaşma 30 milyard 240 milyon 500 min dollar təşkil edib"

"Milli Məclisin üzvü Vahid Əhmədov qeyd edib ki, bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə əlavə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. "Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub" sualına özünün verdiyi cavabın doğurduğu ictimai reaksiyanı nəzərə alaraq, bu sahədə uzun illər aparılan araşdırmanın müəllifi kimi münasibətimi sizinlə bölüşmək istərdim". Hurriyyet.org xəbər verir ki, bu fikirlər iqtisad elmləri doktoru Qubad İbadoğluya məxsusdur.

Deputat Vahid Əhmədovun "Fikir verin, bir Gömrük Komitəsində kölgə iqtisadiyyatının, korrupsiyanın qarşısı alınmaqla dövlət büdcəsinə əlavə 1 milyard manat daxil olub. 27 ildir Azərbaycan müstəqil dövlətdir. Yeddi ilini atıram kənara. İldə bir milyarddan götürsən, 20 milyard manat yalnız gömrük komitəsindən mənimsənilib. Kimlər mənimsəyib, bu artıq hüquq-mühafizə orqanlarının işidir, onlar aydınlaşdırmalıdır" dediyini xatırladan Qubad İbadoğlunun sözlərinə görə, güzgü statistikası əsasında aparılmış hesablamalar göstərir ki, millət vəkili açıqladığı rəqəmə düzəliş etməlidir: "Belə ki, rəsmi statistik məlumatların müqayisəsi əsasında hesablamalara görə, 2003-2014-cü illər ərzində yalnız 16 ticarət tərəfdaşı üzrə idxal əməliyyatlarında qeydiyyatdan kənarlaşma 30 milyard 240 milyon 500 min dollar təşkil edib. Beləliklə də 11 il üzrə orta illik kənarlaşma göstəricisi 2 milyard 749 milyon 227 min dollar olub. Bu isə o deməkdir ki, hər il orta hesabla 1 milyard 44 milyon dollar büdcədən yayındırılıb. Bu da 2002-2014-cü illərdə 11,5 milyard dollar (30 240,5 mln. vuraq 38%) vəsaitin büdcədən yayındırılması deməkdir, onu da bü günkü məzənnə ilə (11,5 mlrd. dollar vuraq 1.7 manat) hesablayanda 19 milyard 550 milyon manat edir".

İqtisad elmləri doktorunun fikrincə, əslində Vahid Əhmədovun açıqladığı rəqəm düzdür, amma həmin rəqəm 20 ildə deyil, 11 ildə büdcədən kənarlaşmanı ifadə edir.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

QALEREYA