"Övlad qarşısında bu vəziyyətə düşməyi..." - Marixuana ilə tutulan atadan KÖVRƏK SÖZLƏR - VİDEO

"Övlad qarşısında bu vəziyyətə düşməyi..." - Marixuana ilə tutulan atadan KÖVRƏK SÖZLƏR - VİDEO

ARB TV xəbər verir ki, İsmayılı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib.

Hurriyyet.org bildirir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalıncaq kənd sakini Məzahir Əzimov saxlanılıb.

Onun yaşadığı yerə baxış keçirərkən evindən və həyətyanı sahəsindən ümumi çəkisi 1 kq, 480 q olan marixuana aşkar edilərək götürülüb.

Məzahir Əzimov - saxlanılan şəxs: "Əməlimdən peşmanam. Heç bir ataya övladları qarşısında bu vəziyyətə düşməyi arzulamıram. Hamıya halal çörəyini qazanıb ailəsinə baxmağı arzulayıram".

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA