"Xalamgilə gedirdim, qəfil alışdı" - Şəmkirdə hərəkətdə olan maşın yandı - VİDEO

"Xalamgilə gedirdim, qəfil alışdı" - Şəmkirdə hərəkətdə olan maşın yandı - VİDEO

Şəmkirdə hərəkətdə olan avtomobil alışıb.

Hurriyyet.org ARB TV-yə istinadla xəbər verir ki, Şəmkirin Dəllər qəsəbəsində hərəkətdə olan avtomobildə yanğın hadisəsi baş verib.

Qəsəbə sakini Elşən Zülalovun idarə etdiyi "VAZ "2106" qəfildən alışıb. Sürücü dərhal əyləci basıb və avtomobili tərk edib. FHN-nin yanğınsöndürmə briqadası gələnədək ətrafdakı insanların köməkliyi ilə alov ram edilib. Maşının salonu yararsız hala düşüb.

İlkin ehtimala görə, yanğına nəqliyyat vasitəsinin elektrik sistemində yaranan nasazlıq səbəb olub.Yanğın səbəbləri araşdırmalardan sonra bəlli olacaq.

Elşən Zülalov - Sürücü: "Xalamgilə gedirdim. Alışdı yandı. Birdə gördüm tüstü çıxdı. Uşaqlar sağ olsun, qaz idarəsinin işçiləri tez kömək etdi. Bir anlıq tüstü çıxdı. Tələsik akkumlyatoru aralayanadək alışdı".

 

  • Hamısı
  • Loading...