"Xəyalı ilə yaşadığım AĞDAM....." - Ayxan İmanov

"Xəyalı ilə yaşadığım AĞDAM....." - Ayxan İmanov

Ağdam dedikdə ağlıma ilk öncə gələn gözəl bir diyar,cənnət bir məkan. Ağdam mənim xəyallarımda dünyanın ən gözəl yeri, hətta tam səmimi deyərdim ki, Ağdam dünaynın paytaxtdıdır. İndiki halı ağlıma gələndə isə qarabalığa çevrilmiş bir şəhər, öz vətəndaşlarından ayrı düşmüş bir məkan. Ağdam qərib ruhların uyuduğu diyardır.


Qərib məzarların olduğu diyardır... Ağdam o Ağdam idi ki, adını ermənilər eşidəndə lərzəyə gələrdi,qorxularından ağıllarını itirərdi və Ağdamlılar o kəslər idilər ki, heç nədən qorxmayan əsl mərd oğullar. Hamı Ağdamlıları müharibədən, davadan qorxmayan əksinə davakar insanlar kimi tanıyardı keçmişdə. Lakin,1993-cü ildəki işğal günündə başqa rayonun əhalisi kimi Ağdamlılarda çarəsiz idi. Ona görə ki, bu dava yumruq-təpik davası deyildi. Bu, top-tüfəng davası, avtomat davası idi. Ta qədimdən öz mərdlikləri ilə seçilən Ağdam camaatı bu davanın qarşısında aciz qaldılar. Bu gün Ağdamın işğalından 26 il ötür. O, Ağdamki 26il öncə 5 illik mübarizədən sonra düşmənə məğlub oldu. O Ağdam ki, 26 ildir ki, Ağdamsız qalan Ağdamlılar ora dönməyi arzulayır. O, Ağdamki 26 il ərzində Ağdamsız ölən Ağdamlılar var. O Ağdamki 26 il ərzində Ağdamsız doğulan körpə Ağdamlılar var. Sənət beşiyi,mədəniyyət ocağı, muğam mərkəzi olan Ağdam bizim yolumuzu gözləyir 26 ildir.

Xəyalı ilə yaşadığım Ağdam. Həsrətini çəkdiyim Ağdam. Heyif səndən Ay Ağdam! Ağdam biz sənə mütləq qayıdacağıq...!

 

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA