"Yaltaqcasına əl çalmağa, tərifli sözlərə son qoyun..." - Prezident məmurlara təpindi

  • 2019-04-03 16:20:19
  • |
  • Dünya /

"Yaltaqcasına əl çalmağa, tərifli sözlərə son qoyun..." - Prezident məmurlara təpindi

Özbəkistan prezidenti Şövkət Mirziyoyev bu günlərdə Buxara vilayətinə səfəri zamanı məmurları ona yaltaqlanmağa, əl çalmağa və tərifli sözlər deməyə son qoymağa çağırıb. Mirziyoyev bildirib ki, bunun yerinə məmurlar hər evlə, hər adamla ünvanlı, məqsədyönlü şəkildə işləyib onların problemlərini həll etməlidir.

Özbəkistan prezidentinin sözlərinə görə, məmurların bütün işləri və planları “xalqın maraqlarına” xidmət etməlidir. “Bu özünü hər küçədə, insanların həyatında göstərməlidir. Bəsdir əl çaldınız və pafoslu təriflərlə çıxış etdiniz, hər evlə, hər adamla ünvanlı, məqsədyönlü şəkildə işləmək lazımdır”-Mirziyoyev deyib.

“Azadlıq” radiosunun özbək xidmətinin məlumatına görə Özbəkistanda məmurlar praktiki olaraq Mirziyoyevin hər sözünü alqışlarla qarşılayırlar. Bu, indi də belədir, əvvəlki prezident İslam Kərimovun dövründə də belə olub./virtualaz.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA