"Yaponiyaya məxsus tankerə hücum şübhəli haldır" - Cavad Zərif

  • 2019-06-13 16:46:51
  • |
  • Region /

"Yaponiyaya məxsus tankerə hücum şübhəli haldır" - Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Oman körfəzində tankerlərlə bağlı insidenti şübhəli hal adlandırıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə İranın XİN başçısı "Twitter" səhifəsində yazıb.

"Yaponiyaya məxsus tankerlərə edilən hücumlar Yaponiya baş naziri Sindzo Abenin ayətullah Əli Xamənei ilə görüşdüyü və hərtərfli, dostcasına danışıqlar apardığı zaman baş verib. Şübhəli bu səhər başverənləri ifadə eləmək üçün çox yumşaq sözdür. İran tərəfindən təklif olunan regional dialoq üzrə forum zəruridir", - Zərif yazıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA