"Yazmışdılar ki, bu işi imkansızlıqdan etmişəm" - Pulu oğurlanıb qaytarılan şəxs - VİDEO

"Yazmışdılar ki, bu işi imkansızlıqdan etmişəm" - Pulu oğurlanıb qaytarılan şəxs - VİDEO

Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.

Hurriyyet.org
ARB TV-yə istinadən xəbər verir ki, hadisə yanvarın 25-də rayonun Qullar kəndində baş verib.

Kənd sakini Sabir Teliyev yaşadığı evdən oğurluq olması barədə rayon polis şöbəsinə müraciət edib. 15 gün sonra isə oğurluq edənlər pulun böyük bir hissəsini məktubla birlikdə həyətyanı sahənin hasarından içəri tullayıblar. Məktubda bu sözlər yazılıb: "Biz haram pul istəmirik".

Sabir Telliyev - Zərərçəkən: "Yazmışdılar ki, bu işi imkansızlıqdan etmişəm. İndi tövbə etmişəm, pulu xərcləyə bilmərəm. Bu evin adamının işi deyil. Qalan pulu da qaytaracam".

Araşdırmalar davam etdirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA