"Yeni Zelandiya terrorçusu ömürlük azadlıqdan məhrum ediləcək" - Baş nazirin müavini

  • 2019-03-22 13:52:09
  • |
  • Dünya /

"Yeni Zelandiya terrorçusu ömürlük azadlıqdan məhrum ediləcək" - Baş nazirin müavini

Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məscidə hücum edən terrorçu ömürlük həbs cəzasına məhkum ediləcək.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Yeni Zelandiya Baş nazirinin müavini və xarici işlər naziri Uinston Piters İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirlərinin İstanbulda keçirilən fövqəladə yığıncağında bildirib.

Martın 15-də törədilən və böyük faciəyə səbəb olan terror aktı barədə danışan nazir araşdırma zamanı saxlanılan avstraliyalı Brenton Tarrantın həyatının qalan hissəsini həbsxana kamerasında keçirəcəyini deyib: "Bu məsələ ilə bağlı ölkə tarixinin ən genişmiqyaslı təhqiqatı başlanılıb. Biz dini inanclara çox əhəmiyyət verən ölkəyik, müsəlmanlara qarşı bu qəsd hamımıza qarşı edilən qəsddir”.

Xatırladaq ki, martın 15-də Kraystçörç şəhərindəki iki məscidin atəşə tutulması nəticəsində 51 nəfər ölüb, 49 nəfər yaralanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA