"Zabitlər Parkı”nda ÜFUNƏT RƏZALƏTİ - FOTOLAR

"Zabitlər Parkı”nda ÜFUNƏT RƏZALƏTİ - FOTOLAR

Oxucu köşəsi

Bakının köhnə və yaraşıqlı istirahət məkanlarından biri Müdafiə Nazirliyinin balansında olan məşhur “Zabitlər Parkı”dır. Hər gün istirahət etmək və təmiz hava almaq üçün ailəlikcə burada dincəlirik. Mən uzun illərdir bu parkla nəfəs alıram. İndi təqaüd yaşım çatsa da, yenə də bu parkdan doya bilmirəm. Parkdakı ağacların, bəzək kollarının və yaşıllıqların görkəmi adamı valeh edir. Parkın yenidən qurulması və açılışında iştirak edən ölkə prezidenti İlham Əliyevin iştirakı biz təqaüdçüləri çox sevindirdi.

Ancaq son zamanlar parkda qəribə atmosfer yaranıb. Parkda yerləşən ayaqyolundan ətrafa yayılan kəsafət qoxusu uşaqlar üçün salınmış əyləncə məkanlarına çox ciddi təsir göstərir. Əvvəllər olduğu kimi nəvələrimizi, gənc ailələr isə uşaqlarını bu əyləncələrdə oynamağa həvəsləndirə bilmirik. Uşaqlar yaxınlıqdakı ayaqyolundan gələn dəhşətli qoxuya dözə bilmirlər. Ötən gün ayaqyolunu idarə edən 14-15 yaşlı Amin adlı oğlandan soruşdum ki, ay bala nədən ayaqyolunu təmiz saxlamırsan. Cavabında dedi ki, bunun üçün azacıq təmir işləri lazımdır və buranın öz sahibi var. Sonra parkda işləyən fəhlələr və bağbanlardan öyrəndim ki, bağbanların briqadiri Əlizamin adlı birisi ayaqyolunun qeyri rəsmi sahibidir. Hətta ayaqyolundan istifadə üçün təbii ehtiyaclarını ödəmək istəyənlərdən 30 qəpik pul alır. Axı parklarda yerləşən ayaqyolundan istifadə qanunla pulsuz olmalıdır. İxtisasca mühəndis olduğum üçün bəzi araşdırmalar apardım. Sən demə digər parklar kimi “Zabitlər Parkı” da Bakı şəhər “Abadlıq Xidməti İdarəsi”nə (MMC) tabedir. Bu idarənin müdiri Bünyad Qasımovun görəsən “Zabitlər Parkı”ndakı rəzalətdən xəbəri varmı?

İsti havalarda parkdakı ayaqyolundan gündə orta hesabla 500, yağmurlu və soyuq havalarda 150 nəfər istifadə edir. Beləliklə parkdakı bağbanların briqadiri Əlizamin adlı birisi qeyri rəsmi şəkildə özünə “öbyekt” qurub və buradan əldə etdiyi gəliri də cibinə qoyur. Görəsən onun havadarı kimdir? Azından orta hesabla gündəlik 150 manat ayaqyolundan gəlir əldə edən Əlizamin nə üçün ayaqyolunu təmir etmir? Bu sualı “Abadlıq Xidməti İdarəsi”nin müdiri Bünyad Qasımova ünvanlamaq üçün onun ünvanını çox axtarsam da tapa bilmədim.

Noyabr ayının 3-də Nəsimi rayon İcra Hakimiyyəti və 23 saylı Orta Məktəbin təşəbbüsü ilə “kimsəsiz uşaqlara humanitar yardım” adlı nəcib aksiya keçirildi. Mən də nəvələrimlə bu aksiyaya qatıldım. Demək olar ki, min nəfərdən çox insan bu humanist aksiyada iştirak etdi. Orta məktəb şagirdləri bir yandan nümayiş etdirdikləri konsertdən və digər yandan isə əl işlərinin satışından əldə etdikləri gəliri kimsəsiz uşaqlara böyük həvəslə hədiyyə etdilər. Bu ahıl yaşımda əməlli başlı gözlərim yaşarmışdı. Bu möhtəşəm humanist tədbiri buraya toplaşanların bunundan gətirən isə, parkdakı üfunət qoxuyan ayaqyolundan ətrafa yayılan kəsafət oldu. Məktəbli uşaqlar ödünü qusa-qusa məcbur olub 30 qərpik verib təbii ehtiyaclarını ödəmək məcburiyyətində qalmışdılar.

“Zabitlər Parkı”nın ətrafında yaşayan əhalinin istirahət məkanı kimi buradan istifadə etməsi həvəsi Əlizamin adlı birisinin hikkəsinə görə hamının burnundan gəlir. Adicə ayaqyolunu təmir etmək istəməyən bu şəxs o zaman hansı hüquqla oraya nəzarət edir? Dövlət mülkündən istifadəyə görə vergi ödəyirmi? Bundan hörmətli Bünyad Qasımovun xəbəri varmı?

Mənsur Əhmədov

Loading...

QALEREYA