"Özlərini "yaxşı oğlan" kimi göstərmək istəyirlər" - Deputatdan Mənsimova SƏRT CAVAB

"Özlərini "yaxşı oğlan" kimi göstərmək istəyirlər" - Deputatdan Mənsimova SƏRT CAVAB

Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı İlham Məmmədov Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Məsimovun SOCAR şirkəti və onun rəhbərliyi haqqında səsləndirdiyi ittihamlara cavab verib.

Hurriyyet.org bildirir ki, deputat demokrat.az-a açıqlamasında Mübariz Mənsimovu sözügedən fikirlərinə görə qınayıb: “SOCAR Azərbaycan dövlətinə məxsus olan şirkətdir. Onun fəaliyyəti isə dövlətimizin və xalqımızın mənafeyinə uyğundur. Azərbaycan müstəqillik qazandıqdan sonra bu şirkət Azərbaycanın sosial-iqtisadi həyatında böyük rola malik olub. Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olandan sonra SOCAR dünyanın nüfuzlu şirkətləri ilə rəqabət şəraitində əhəmiyyətli yer tutub. Bu gün də SOCAR şirkəti və onun rəhbərliyi sağlam və dünya standartlarına cavab verən fəaliyyəti ilə tanınır. Azərbaycanın iqtisadi inkişafında və müstəqil dövlət kimi dünyada tanıdılmasında SOCAR əhəmiyyətli rola malikdir. Eyni zamanda SOCAR Azərbaycanda minlərlə insana yüksək məvacibli iş yerləri yaradıb. Bu, gələcəkdə də davam edəcək. Şübhəsiz ki, bütün bunlar cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub. Bu qədər görülən işlərə indi kimlərinsə kölgə salmaq cəhdləri başa düşülən deyil. Biz Azərbaycan dövlətinə qarşı olan bu cür hərəkətləri qətiyyətlə qınayırıq, həmin şəxsləri bu cür əməllərdən vaz keçməyə çağırırıq. Əgər xaricdən Azərbaycan şirkətinə və məmurlarına qarşı hər hansı xoşagəlməz addımlar atılırsa, bu yolverilməzdir. Biz bunu pisləməliyik. Çünki SOCAR-a qarşı aparılan qarayaxma kampaniyası “erməni dəyirmanına su tökmək” kimi bir işdir”.

İlham Məmmədov iş adamı Mübariz Mənsimovun bu cür çıxışlarını Azərbaycan dövlətinin imicinə ləkə vurmaq cəhdləri kimi qiymətləndirib: “Bu gün bəzi adamların qulaqlarına səs gəlib, xaricdə oturub bir imic qazanmaq üçün “mən də varam” prinsipi ilə hərəkət etməyə çalışırlar. Onlar özlərini xalqın təssübkeşi, “yaxşı oğlan” kimi göstərmək istəyirlər. Özlərini guya xalqın problemlərinə ürəyi yanan kimi təqdim edirlər. Biz bu cür halları sosial şəbəkələrdə “qəhrəmanlıq” edənlərin timsalında çox görürük. Mübariz Mənsimov Azərbaycanın hesabına böyük iş adamına çevrilib. O, Azərbaycanda hörmət qazanıb, biznesini burada qurub, genişləndirib. O, hara getsə, bu dövləti təmsil etməlidir, azərbaycanlı olduğunu unutmamalıdır. Yəni, kimin bu gün “qəhrəman” obrazı yaratmaq tendensiyası artıq geridə qalıb. Bu gün müstəqil Azərbaycan dövləti var. Ona görə də şəxsi maraqları dövlət maraqlarına qurban vermək olmaz. Ümummilli dövlət mənafeyi var. Bu nöqteyi-nəzərdən çıxış etmək lazımdır”.

Deputat Mübariz Mənsimovla hər hansı münasibətinin olmadığını da söyləyib:“Mən heç zaman onunla təmasda olmamışam. Türkiyəyə dövlət xətti ilə səfərlər edəndə də onunla münasibətim olmur. Bunu arzu etməmişəm də!”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA