Qurban Qurbanovun oğlu kapitan təyin olundu

  • 2018-04-13 19:59:14
  • |
  • İdman /

Qurban Qurbanovun oğlu kapitan təyin olundu

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı 16 yaşadək futbolçulardan ibarət yığmanın kapitanı təyin olunub.
, "Qarabağ”da çıxış edən forvard Azərbaycan millisinin Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində Xorvatiya kollektivi ilə görüşündə kapitan sarğısı ilə meydana çıxıb. Bu, Q.Qurbanovun 46 yaşının tamam olduğu günə təsadüf edib.
Matç xorvatiyalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azər Məmmədovun baş məşqçisi olduğu komanda ilk görüşdə Makedoniya yığmasına 2 cavabsız qolla uduzub.\Report\
Loading...

QALEREYA