Qusarda ağır qəza - ÖLƏN VAR

Qusarda ağır qəza - ÖLƏN VAR

Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.org xəbər verir ki, fevralın 18-də saat 16 radələrində Qusar rayonunun İmamqulukənd kəndi ərazisində rayon sakinləri K.Sultanəliyevin idarə etdiyi “QAZ-31105” və R.Ağakərimovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə 35 yaşlı R.Ağakərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.