“Ər-Riyyad İran qarşısında müdafiəsizdi” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

“Ər-Riyyad İran qarşısında müdafiəsizdi” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

“Ər-Riyyadın regional güc olmaq uğrunda mübarizəsi fiaskoya uğradı”

“Səudiyyə Ərəbistanın neft emalı zavoduna raket və Pua-larla hücumun qarşısının alınmaması bu ölkənin nə qədər zəif hərbi kadrlara sahib olduğunu göstərdi. Ər-Riyyad bundan sonra çətin İranla mühribə aparmaqda maraqlı ola. Bir neçə ildir ki, Yəməndə ayaqyalın husilərlə bacara bilməyən Səudiyyə Ərəbistanı bu qədər güclü hərbi texnikaya sahib olmasına baxmayaraq məğlub durumdadır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə məxsusdur.

“Səud ordusu sadəcə texnika cəhətdən geniş imkanlara malikdir”

Əsədullazadə qeyd edib ki, Səudiyyə Ərəbistanı ABŞ-dan müasir raket və aviasiya silahları almasına baxmayaraq, bu sistemləri idarə etmək qabiliyyətinə malik hərbi kadrları yoxdur: “Ümumiyyətlə, Səud ordusu sadəcə texnika cəhətdən geniş imkanlara malikdir. Amma hərbi heyətin döyüş bacarığı və müasir silahlarla işləmək qabiliyyətinin olmaması üzə çıxır. Adi piyada silahları ilə təchiz olunmuş husilər qarşısında müasir silahlara sahib Səud əsgərləri məğlub olur. Belə bir döyüş qabiliyyəti olmayan ordu ilə Ər-Riyyadın regional güc olmaq uğrunda mübarizəsi neft emalı zavodunun vurulması ilə fiaskoya uğradı. Halbuki, bu ölkənin müasir havadan müdafiə raket sistemi-“Patriot”ları var. Yaxud ordu içində Husilərlə və İranla əməkdaşlıq edən zabit heyəti var. Göründüyü kimi, bu raketlərin idarə etmək üçün kadr heyəti yoxdur”.

“Ər-Riyyad rəsmilərinin müharibə bəyanatı onların məğlubiyyəti ilə nəticələnə bilər”

M.Əsədullazadənin sözlərinə görə, ABŞ öz silahlarını bu ölkəyə satmasına baxmayaraq, Ər-Riyyad İran qarşısında müdafiəsizdi: “Bu hücum göstərdi ki, Ər-Riyyad rəsmilərinin müharibə bəyanatı onların məğlubiyyəti ilə nəticələnə bilər”.

“Səudiyyə Ərəbistanı Azərbaycanla dost ölkədir. Ermənistanı bir dövlət kimi tanımır. Məhz bu ölkədən silah alışı gündəmdədir”,-deyə politoloq əlavə edib.

Şamo EMİN, Hurriyyet.org