ŞƏR İTTİFAQI GENİŞLƏNİR

  • 2019-07-10 14:42:32
  • |
  • Dünya /

ŞƏR İTTİFAQI GENİŞLƏNİR

Hurriyyet.org xəbər verir ki, Liviyanın şərqini işğal edən marionet diktator Xəlifə Hafterin şər ittifaqı getdikcə böyüyür. Çevrilişçi Sisinin rəhbərlik elədiyi Misirdən sonra indi də BƏƏ-nin Sudanla birlikdə Hafterə hərbi dəstək məsələsində razılaşma əldə elədiyi bəlli olub.

Sudanda prezident Ömər Əl Bəşirin devrilməsindən sonra hakimiyyəti ələ keçirən çevrilişçilərin BƏƏ tərəfindən dəstəklənməsinin səbəbi bəlli olub. Sudandakı Hərbi Keçid Şurasına milyon dollarlıq yardım göndərən BƏƏ çevrilişçiləri Liviyada qiyam qaldırmış diktator Hafter qüvvələrinə hərbçi göndərməyə razı salıb. BƏƏ ilə razılaşmaya görə, Sudan bölgəyə silahlı milis qüvvəsi göndərəcək. Londonda ərəbcə nəşe edilən “Arab el-Cedid” qəzetinin liviyalı və misirli mənbələrə istinad elədiyi xəbərə görə, Liviyanın Misirlə həmsərhəd və cənubdakı sərhəd bölgələrində qeyri-adi hərbi canlanma nəzərə çarpıb. Qəzetə müsahibə verən misirli BƏƏ-nin Sudan və ətrafındakı Afrika ölkələrindəki milis qrupları ilə Liviyadakı Hafter qüvvələrinə dəstək olmaq üçün “BƏƏ və Səudiyyə Ərəbistanın təmin edəcəyi maliyyə qarşılığında” razılaşdığı irəli sürülüb. Qəzet BƏƏ iqtidarının Sudanda hərbi çevrilişdən sonra hakimiyyətə gələn Hərbi Keçid Şurasının sədr müqavini general Məhəmməd Hamdan Daklu Hmidti ilə Sidandan gələn milis qruplarının Tripolini ələ keçirmək üçün razılaşdıqları bəlli olub.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA