Radarlardan itən qırıcının qalıqları tapıldı

  • 2019-04-10 12:18:02
  • |
  • Dünya /

Radarlardan itən qırıcının qalıqları tapıldı

Yaponiyanın hava müdafiə qüvvələrinə aid “F-35A Lightning II” qırıcı-bombardmançısının qalıqları tapılıb.

Bu barədə NKT telekanalı Yaponiya hərbi komandanlığına istinadən məlumat yayıb.

Təyyarənin pilotu göyərtədə olmayıb. Axtarış əməliyyatı gecə saatlarına kimi davam etsə də, onun nə ölüsü, nə də dirisi tapılıb.

Xatırladaq ki, təyyarə aprelin 9-da, yerli vaxtla təxminən 19:30 (Bakı vaxtı ilə 14:30) radələrində radarlardan itib. Qırıcı-bombardmançı Aomori prefekturasının Misava hərbi bazasından qalxıb və təlim uçuşu yerinə yetirib.

Qəzanın səbəbləri araşdırılır./oxu.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA