Radikal dini qruplarla necə mübarizə aparılır? - VİDEO

Radikal dini qruplarla necə mübarizə aparılır? - VİDEO

Bu gün "Real intervyu"da qonaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır.

Mübariz Qurbanlı din adı altında gizlənən radikal qruplardan danışır. Onlarla necə mübarizə aparılır?

"Onlar müəyyən vəsaitlə insanları öz əhatəsinə toplayır, qeyri qanunu yollarla həmin vəsaitləri əldə edirlər. Həmin vəsaitlərin qarşısı alınmalıdır ki, onlar öz əhatələrinə insanları cəlb edə bilməsinlər. Maddi maraq üçün həmin radikal qruplara qoşulanlar var. Həmin fikirlərin təsiri altında olan adamlardan istifadə edilir. Gənclər daha cox bu qruplara qoşulmağa meyllidirlər. Orada elə insanlar var, nə dinə bağlıdır, nə də maddi ehtiyacı var. Sadəcə özünü göstərmək, nümayiş etdirmək istəyir. Onlar 18- 21 yaş arası gənclər olur. Bunlara qarşı həmin kateqoriyanı nəzərə alıb mübarizə aparmaq lazımdır. İslamı yanlış yolla təhrif edən insanlara İslamın əsas mahiyyətini çatdırmaq lazımdır. Bunun əsasında radikallar yanlış təbliğatla insanları cəlb edirlər. Quranı yaxşı mənimsəsələr onlar bu fikirlərdən yayınar və səhv etdiklərini anlayarlar, həqiqəti başa düşərlər. Maarifləndirmə tədbirləri də bunlardandır. Radikal qruplarla hüquqi, iqtisadi, ideoloji müstəvidə mübarizə aparılır və həmin mübarizə üsullarının nəticələri var, belə qrupların sayı minimuma endirilib. Kompleks tədbirlər nəticəsində onlarla mübarizədə nəticələr var", - deyə Mübariz Qurbanlı bildirib.\\7News.Az